A.Hacar: Bakıda qayıtmaq asan deyil

A.Hacar: Bakıda qayıtmaq asan deyil
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Bu həftəsonu Ayzek Hacar yay fasiləsindən sonra ilk dəfə Red Bull Racing bolidinin sükanı arxasına qayıdacaq.

Üstəlik, bu, 21 yaşlı fransalı pilotun növbəti mövsüm üçün müqaviləsinin uzadılması xəbəri ilə eyni vaxta təsadüf edib.

Ayzek Hacar: “Əlbəttə, xüsusilə belə xəbərlərin fonunda yenidən işə qayıtmaq xoşdur. Artıq bunun həyəcanını yaşayıram. Çünki sonuncu dəfə RB22-nin sükanı arxasında Budapeştdə olmuşdum və elə bil, bunun üstündən çox uzun vaxt keçib. Təbii ki, Bakı trası çətin trasdır və məhz burada sükan arxasına qayıtmaq asan deyil. Amma əhvalım çox yaxşıdır və müqaviləmin təsdiqlənməsinə də sevinirəm. Ümumiyyətlə, hər şey əladır!

Əlim kifayət qədər yaxşı vəziyyətdədir və pilotaj etməyə imkan verir. Mənə bundan artığı lazım deyil. Ən çox narahat olduğum məsələ yarışları buraxmağım idi. Trasda mübarizə ilə bağlı təzyiq çatışmırdı. Buna yalnız kənardan baxmalı olduğun zaman anlayırsan ki, həyat əvvəlki qədər maraqlı olmur. Son bir neçə həftə kifayət qədər darıxdırıcı keçib, əhvalım da yaxşı olmayıb və sadəcə mümkün qədər tez sükan arxasına qayıtmaq istəyirdim.

Müqaviləmin uzadılmasına şadam, amma bu, təbii idi. Mən buradayam ki, nəyə qadir olduğumu göstərim. Rəqabətədavamlı bolidimiz var və mən sadəcə mübarizəyə qayıtmaq istəyirəm. Məni qabaqlayan uşaqlara qarşı mübarizə aparmaq istəyirəm – bütün məsələ bundan ibarətdir.

Zədəmə gəlincə, bilək sümüklərimdən birində kiçik çat var idi və bərpa prosesi kifayət qədər uzun çəkdi. Cərrahi müdaxiləyə ehtiyac olmadı və proses təbii şəkildə getdiyi üçün bunun üçün vaxt lazım oldu. Hələ də müəyyən ağrılar hiss olunur, ancaq artıq təxminən altı həftə keçib və mənə deyirlər ki, əlim kifayət qədər yaxşı vəziyyətdədir və yüklənməyə tab gətirəcək.

Buna əmin olmaq üçün simulyatorda işlədim və testlər pis keçmədi. Buna görə də düşünürəm ki, bolidin kokpitində də hisslər təxminən eyni olacaq. Xüsusilə adrenalinin səviyyəsini və digər amilləri nəzərə alsaq, hər şey normal olmalıdır. Məncə, hər şey yaxşı olacaq”.

Bunları da oxuyun

Şərh əlavə et