Rio Hirakava McLaren-in ehtiyat sürücü olub

Rio Hirakava McLaren-in ehtiyat sürücü olub
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0
2022-ci ili 24 saatlıq Le Man marafonunda qalib gəlmiş Rio Hirakava artıq McLaren komandasının ehtiyat sürücüsü olacaq.

Kokpit.az xatırladır ki, yaponiyalı sürücü McLaren-in gənc sürücü proqramının üzvüdür. O, həm simulyatorda işləyəcək, həm də McLaren-in 2021-ci il bolidi MCL35M ilə test proqramında iştirak edəcək.

29 yaşlı sürücü son 3 mövsümdə Dünya Dözümlülük Çempionatında çıxış edib və orada Toyota üçün sürməyə davam edəcək.

Rio Hirakava: “McLaren komandasına ehtiyat sürücü kimi qatıldığım üçün sevinirəm. Belə gözəl komanda ilə yarışmaq həyəcanvericidir. Vu fürsəti mənə verdikləri üçün Andrea Stella və Zek Brauna minnətdaram. Komanda ilə tanış oldum və bazadakı simulyatoru sınadım. Bu da işə başlamağıma kömək etdi. Artıq tamamilə hazıram və 2023-cü ilin qalanına fokuslanmışam.

İki komandada işləməyimə icazə verən Toyotaya da minnətdaram. Məni həmişə dəstəkləyən Morizo-sana (Toyota-nın idarə heyətinin rəhbəri Akio Toyoda) da təşəkkür edirəm”.

Komanda rəhbəri Andrea Stella: “Rionu komandaya dəvət etdirim üçün çox məmnunam. Ona icazə verdikləri üçün Toyota Gazoo Racing-ə də təşəkkür edirəm. Le Man qələbəsindən başqa WEC-də də çempion olan Rionun yarışlarda təsiredici keçmişi var.

Simulyatorda işləmiş Rio ilə yaxından çalışmağı səbirsizliklə gözləyirik. Onun zəngin təcrübəsi komandaya çox sahədə kömək edəcək”.

Bunları da oxuyun

Şərh əlavə et