Xəbəri Kokpitdə Oxuyun!

M.Şumaxer haqqında sənədli film çəkiləcək

Alman televiziyası olan ARD dekabr ayında beş seriyadan ibarət Mixael Şumaxer sənədli filmi yayımlayacaq.

Kokpit.az xatırladır ki, Mixael Şumaxer Formula1-in ən böyük əfsanələrindən sayılır. O, yeddi dəfə Dünya Çempionu olub və bu uğuru sadəcə Lyuis Həmilton təkrarlaya bilib.

Mixael Şumaxer 2013-cü ilin dekabr ayında xizək sürərkən qəza etmiş və komaya düşmüşdü. Ondan sonra yeddiqat Dünya Çempionu ayılsa da, üzünü görən olmayıb.

ADR kanalı isə bu qəzanın onuncu ildönümündə 54 yaşlı pilot haqqında serial yayımlayacaq. Serialda Mixaelin Formula1-in zirvəsinə getdiyi yol göstəriləcək.

Serial 14 dekabrda ADR televiziyasının kitanxanasında nümayiş olunacaq. 28 dekabrda – qəzanın onuncu ildönümündə televiziyada yayımlanacaq.

Rauf Hacıyev

Şərh əlavə et