Xəbəri Kokpitdə Oxuyun!

Pirelli: Zandfortda təkərlər yüksək yüklənməyə məruz qalır

Pirelli Niderland Qran Prisi üçün C2, C3 və C4 tərkibli təkərlər hazırlayıb – eyni seçim ötən il də edilmişdi və yarış iki pit-stopla keçmişdi.

Zandfortun xarakterik xüsusiyyəti asfaltla ilişmənin nisbətən aşağı olmasıdır. Bu, həm müxtəlif hissələri fərqli illərdə yenilənmiş asfalt örtüyünün xüsusiyyətləri, həm də avtodromun dəniz sahilində yerləşməsi ilə bağlıdır: külək daim trasa qum gətirir. Buna görə asfaltla ilişmə ilə bağlı çətinliklər təkcə cümə günü deyil, sonrakı günlərdə də yarana bilər; üstəlik, onun səviyyəsi sessiyadan sessiyaya dəyişə bilər.

Niderland trasında dövrə o qədər də uzun deyil – 4.259 km-dir və burada 14 döngə var. Onların bəziləri sürətlidir, buna görə təkərlər yüksək şaquli və yan yüklənməyə məruz qalır. Bu, ilk növbədə 3-cü və 14-cü döngələrə aiddir: burada bənkinqin maililik bucağı müvafiq olaraq 19 və 18 dərəcəyə çatır.

Komandalar şassi ilə təkərlərin səmərəli qarşılıqlı işini təmin etməyə çalışaraq sazlanmaları çox diqqətlə seçməli olacaqlar. Asfaltayatma qüvvəsinin səviyyəsi yüksək olmalıdır və bu, Macarıstandakı mərhələdəki göstərici ilə tam müqayisə oluna bilər.

Nəzəri baxımdan təkərlərin temperatur deqradasiyası kimi amilin təsiri əhəmiyyətli ola bilər, lakin praktikada avqustun sonunda Zandvortda hava nadir hallarda 20 dərəcədən yuxarı isinib və yağış ehtimalı da yüksəkdir. Həmçinin nəzərə almaq lazımdır ki, Şimal dənizindən güclü külək əsə bilər və bu da maşınların davranışına təsir göstərəcək.

Niderland Qran Prisinin proqramına ilk dəfə şənbə sprinti daxil edilib, buna görə komandaların ixtiyarında cəmi bir saatlıq yalnız bir məşq olacaq və bu müddətdə sazlanmaları yekun şəkildə düzəltməyə vaxt çatdırmaq lazımdır.

Pirelli mütəxəssisləri hesab edirlər ki, bazar günü yarışında əsasən sərt təkərlərdən istifadə olunacaq, lakin iki daha yumşaq tərkibli təkərlər də tam yararlı olacaq – ilk növbədə sprintdə.

Bu trasda ötmələr çətindir, çünki tras kifayət qədər dardır, düz yol isə cəmi birdir və komandalar taktika seçərkən bütün bunları mütləq nəzərə alacaqlar.

Gilənur Hüseynova

Şərh əlavə et