Nira Xuanko: “Biz hər şeyin plana uyğun getdiyini deyəndə çoxları inanmırdı, amma həmişə belə olub. Həqiqəti demək həmişə çox xoşdur.
Belə miqyaslı layihəni reallaşdırmaq, Formula 1 üçün trası sıfırdan yaratmaq çox asan deyil. Nəhəng ərazini hazırlamaq, profilli El Monumental döngəsini yaratmaq, bütün lazımi lisenziya və icazələri almaq, tribunaların harada yerləşəcəyini bilmədən bilet satmaq çətin idi, amma biz bunun öhdəsindən gəlmişik.
Madrinqdə başqa trasların tanınan elementləri var. Mayamidə tras stadionun ətrafından keçir və müəyyən oxşarlıqları var — bizdə olduğu kimi çoxlu VIP zonalar, oxşar konfiqurasiya. Mexiko və Melburnda olduğu kimi, bizdə də nəhəng fan-zonalar var. Gündə 120 000-dən çox, yarış həftəsonu ərzində isə təxminən 380 000 tamaşaçı qəbul etməyə hazırıq.
Avqustun 24-25-də trasda Formula 3 testləri keçiriləcək — biz daxili əməliyyatlarımızı, təhlükəsizlik xidmətlərinin, tibb mərkəzinin, restoranların, giriş məntəqələrinin və parkinqin işini yoxlayacağıq. Həmişə birbaşa Formula 1 Qran Prisindən başlamaqdansa, testlərlə başlamaq daha yaxşıdır.
Bazar ertəsi Madrinqdə FIA-nın növbəti inspeksiyası heç bir irad olmadan keçib. Hər şey öz yerindədir, hər şey idealdır. Heç bir problem yaranmayıb”.




Şərh əlavə et