Xəbəri Kokpitdə Oxuyun!

Teo Purşer Əbu Dabudə Alfa Romeo sürəcək

Alfa Romeo komandası Əbu Dabidə birinci sərbəst yürüşlərdə və mövsümsonrası testlərdə Teo Purşerin xidmətindən yararlanacaq.

Kokpit.az xatırladır ki, Formula2 üzrə Dünya Çempionu Teo Purşer Meksikada birinci sərbəst yürüşlərdə çıxış etmiş, amma texniki problemlərə görə sadəcə 4 dövrə vura bilmişdi.

Sessiya ərzində işləri düz gətirməyən fransalının mövsümün son yarışı Əbu Dabidə kokpitə qayıtması gözlənilirdi.

Komanda rəhbəri Alessandro Alunni Bravi gənc sürücünün Əbu Dabidə birinci sərbəst yürüşlərdə və 28 noyabrda mövsümsonu testlərində çıxış edəcəyini açıqlayıb: “Teo bu il mövsüm ərzində sükan arxasına keçmə fürsətini gözlədi, amma Meksikada maşındakı problemlərə görə bir dövrə belə vura bilmədi. Yenə də sakit qaldı və komandaya dəqiq geri bildirimlər verdi.

Bu təcrübə onun üçün yaxşı oldu. Teo bizə göstərdi ki, yetişkin sürücüdür.

Əbu Dabidə birinci sərbəst yürüşlərdə sükan arxasına qayıdacaq. Bundan başqa debütant testində də çıxış edəcək. O, komandamızın bir hissəsi olmağa layiqdir. Onu formada saxlamaq üçün ən yaxşı proqramı tətbiq edirik. Teo da bizim sürücülərimizdən biridir. Gələn il iki əsas, bir ehtiyat sürücümüz yox, üç əsas sürücümüz olacaq”.

Rauf Hacıyev

Şərh əlavə et