Sky Germany-nin televiziya proqramında fikirlərini bildirən Ralf Şumaxer tərəflər arasındakı gərginliyin artdığını və Ferstappenin gələcəyi ilə bağlı qeyri-müəyyənliyin komanda daxilində də narahatlıq yaratdığını deyib.
Mövsümün əvvəlində idarə edilməsi son dərəcə çətin və zəif bolid hazırlayan Red Bull-un gözlənilən performansı göstərə bilmədiyini vurğulayan Şumaxer belə deyib: “Ferstappenlə Red Bull arasındakı bağ qopma nöqtəsinə çatıb.
Məncə, gələcəklə bağlı bu bitmək bilməyən qeyri-müəyyənlik artıq komanda tərəfi üçün də yorucu olmağa başlayıb.
Komanda mövsümün ilk yarısında performans baxımından gözləntilərin altında qaldı. Mövsümün əvvəlindəki bolid xüsusilə pis idi. Sonradan gətirilən yeniləmələr vəziyyəti bir qədər yaxşılaşdırsa da, bolidi idarə etmək hələ də olduqca çətindir”.
Şumaxerin fikrincə, Ferstappen öyrəşdiyi mühitlə yeni imkanlar arasında qalıb. Ralf Şumaxerə görə Red Bull Ferstappenin özünü evində hiss etdiyi yer olsa da, Lando Norrislə qələbələr qazanan rəqabətədavamlı McLaren bolidi niderlandlı pilotun marağını artırır.
Şərhçi Ferstappenin eyni bolidlə daha yaxşı nəticələr əldə edəcəyinə inandığını bildirib və onun son qərarında Red Bull-a olan güvəninin hər şeydən daha çox rol oynayacağını deyib: “Maks bir tərəfdən hələ də özünü Red Bull-da evində hiss edir. Digər tərəfdə isə Lando Norrisin qələbələr qazandığı son dərəcə güclü McLaren var. Maks şübhəsiz ki, həmin boliddə daha yaxşı nəticələr əldə edə biləcəyinə inanır.
Burada əsas sual budur: Maks Red Bull-un vəziyyəti düzəldə biləcəyinə olan inamını itirib, yoxsa komandadakı yenidənqurma prosesi ona həddindən artıq yavaş gəlir?”




Şərh əlavə et