Xəbəri Kokpitdə Oxuyun!

Antonelli kartodromda Frants adı ilə sürüb

Kimi Antonelli ilə Maks Ferstappeni dostluq münasibətləri bağlayır və şayiələrə görə, Mercedes sürücüsü avqust fasiləsinin son günlərində buna bir qədər qeyri-adi şəkildə işarə vurub…

Xatırladaq ki, ötən ilin yazında Ferstappen Nürburqrinqin “Şimal İlmə”sində GT3 sinifli avtomobilin sükanı arxasında ilk testləri ərəfəsində (həmin vaxt bu, Ferrari idi) özünə alman təxəllüsü götürüb və Frants Herman adından istifadə edib.

GPToday yazır ki, bu günlərdə Kimi Almaniyadakı kartodromlardan birində Frants Antonelli təxəllüsü ilə inkoqnito sürüb. Nəşr bu məlumatı haradan əldə etdiyini açıqlamır, amma mətndə “bəzi məlumatlara görə” qeydi var – hər halda, Mercedes-in italiyalı sürücüsü özü bu barədə danışmayıb.

Belə bir hadisənin baş verdiyini tamamilə istisna etmək olmaz və əgər Kimi həqiqətən də dostu Maksın Nürburqrinqdəki macəraları ilə assosiasiya yaradan təxəllüsdən istifadə etməyə üstünlük veribsə, bu, özlüyündə maraqlıdır.

Hazırda həm Kimi, həm də Maks qarşıdakı Niderland Qran Prisinə hazırlaşır. Bu yarış dördqat dünya çempionu üçün ev yarışı sayılır və o, əlbəttə, Zandfortda fərqlənməyə çalışacaq. Bu, Formula 1-in Niderland avtodromunda son qastrolu olacağına görə, çoxsaylı azarkeşlərin yaddaşında qalmaq üçün çalışmaq lazımdır.

Gilənur Hüseynova

Şərh əlavə et