Leonardo Fornaroli ötən ilin dekabrında McLaren-in gənclər proqramına qoşulub və artıq bir neçə dəfə Formula 1 maşınlarının testlərində iştirak edib – həm əvvəlki illərin bolidlərini, həm də Barselona və Macarıstandakı ilk məşqlərdə builki maşınları sürüb.
Gənc italyan sürücünün sürəti rəhbərliyi heyrətləndirib, gələn il onun Haas-da Esteban Okonu əvəz edə biləcəyi barədə şayiələr dolaşır. McLaren-in rəhbəri Zek Braun da müsbət əhval-ruhiyyədədir.
Zek Braun: “Zak Braun: “Düşünürəm ki, Fornarolinin Formula 1-də şansları var. O, sürətli və istedadlıdır. Bizimlə bir neçə testdə iştirak etdi və çox yaxşı təəssürat yaratdı. Ümid edirəm ki, müqavilə imzalaya biləcək. O, Formula 1 üçün tamamilə uyğundur.”
Fornarolinin özü də perspektivləri barədə nikbin danışıb.
Leonardo Fornaroli: “Bəli, şans var, biz ondan istifadə etməyə çalışırıq, amma indi bütün diqqətimi cari işə yönəltmişəm. Görüləsi çox iş var.
Formula 1 tamamilə başqa dünyadır. Peşəkar yarışçı karyerana başladığın yer məhz buradır. Burada personal xeyli çoxdur, iş xeyli çoxdur, təzyiq isə qat-qat yüksəkdir, amma bu mənim xoşuma gəlir.
Mövsümün ikinci yarısı üçün böyük planlarımız var. Daha çox test, daha çox cümə məşqi, simulyatorda daha çox saat. Həm də Lando və Oskarla işləmək üçün daha çox imkan – onlardan çox şey öyrənməliyəm”.




Şərh əlavə et