Toto Volff: “Bono Kimi ilə ən sıx işləyən mühəndisdir, bütün hazırlığa cavabdehdir və bütün iclaslar onun iştirakı ilə keçir. Piter çox sakit və taraz mühəndisdir və onun əhval-ruhiyyəsi, şübhəsiz, Kimiyə də keçir. Nə biri, nə də digəri xüsusi həyəcanlara qapılır. İşlər yaxşı getməyəndə panikaya düşmürlər, hər şey qaydasında olanda isə həddindən artıq sevinc ifadə etmirlər.
Bononun xarakteri belədir və bunu birmənalı şəkildə üstünlük saymaq olar. O, ən yaxşı sürücülərlə, Mixael Şumaxer və Lyuis Həmiltonla işləyib və çox şey öyrənib… Bununla belə, Kimi də ötən illə müqayisədə başqa insana çevrilib, informasiyanı daha effektiv mənimsəyir, dərk edir və işdə tətbiq edir”.




Şərh əlavə et