N.Tsolov F1-dəki ilk testinə hazırlaşır

N.Tsolov F1-dəki ilk testinə hazırlaşır
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Formula 2-də çempionatın lideri olan Nikola Tsolov Racing Bulls komandası ilə ilk Formula 1 testinə çıxmağa hazırlaşır.

2026-cı ildə F2-də debüt mövsümündəki təsirli performansı ilə diqqət çəkən gənc istedad bu ayın sonunda İmolada keçiriləcək Köhnə Bolidlərin Testi (TPC) çərçivəsində ötənilki VCARB02-nin sükanı arxasına keçəcək. Komanda həmin tarixdə mövsümün son çəkiliş gününü də keçirəcək.

Tədbir çərçivəsində komandanın hazırkı pilotları Liam Louson və Arvid Lindblad bu mövsümün bolidi ilə məhdud məsafə qət edəcəklər. Tsolov isə ötənilki bolidlə geniş test proqramı həyata keçirəcək.

Bu test gənc istedadı F1 bolidi ilə tanış etməkdən daha böyük əhəmiyyət daşıyır. Ötən il Formula 3 çempionatını ikinci pillədə başa vuraraq 25 superlisenziya xalı qazanan Tsolov bu il F2 mövsümünü ilk beşlikdə başa vurarsa, superlisenziya üçün tələb olunan xal həddini keçdiyini rəsmiləşdirəcək.

Lakin F1-də sərbəst yürüş sesiyalarında trasa çıxa bilməsi üçün əvvəlcə F1 bolidi ilə kifayət qədər məsafə qət etməlidir.

Racing Bulls-un baş direktoru Peter Bayer ötən ay Sky F1-ə açıqlamasında bu planın siqnallarını verərək belə demişdi: “Hazırda onun üçün TPC testi keçirməyi nəzərdən keçiririk. Çünki cümə məşqlərində bolidi idarə edə bilməsi üçün lisenziyaya ehtiyacı var.

“Qət etməli olduğu hələ bir neçə kilometrlik məsafə qalıb və bunu payız dövrü üçün planlaşdırırıq”.

Daha əvvəl Red Bull-un RB7 və RB8 kimi əfsanəvi bolidləri ilə nümayiş yürüşləri keçirən Tsolov İmoladakı bu sürüşlə ilk dəfə müasir F1 komandası ilə rəsmi test şəraitində çalışma imkanı əldə edəcək.

Bolqar pilotun adı son vaxtlar Racing Bulls ilə tez-tez hallanır və hətta 2027-ci il üçün ona yer vəd edildiyi barədə iddialar ortaya çıxıb. Lakin komandanın baş direktoru Peter Bayer bu söz-söhbətləri qəti şəkildə təkzib edib: “Bunlar tamamilə şayiələrdən ibarətdir. Nikola əla iş görür və əlbəttə ki, radarımızda olan çox böyük istedaddır.

Ancaq hələ çox erkəndir. Liam və Arvid də ən azı onun qədər parlaq iş görürlər. Buna görə də hazırda 2027-ci il üçün yer ümumiyyətlə gündəmimizdə deyil”.

Gələcəyi ilə bağlı hələ konkret təminat almadığını qəbul edən 19 yaşlı Tsolov isə özünəinamını və hədəflərini belə ifadə edib: “İnsan həmişə gördüyü işdə ən yaxşı olduğuna inanmaq istəyir. Mən də bu il bunu göstərməyə çalışıram. İndiyə qədər etdiklərimi düşündükdə, mənə fürsət verildiyi təqdirdə F1-ə çox yaxşı uyğunlaşa biləcəyimə inanıram. Həmin fürsəti əldə etmək üçün əlimdən gələnin ən yaxşısını edəcəyimi bilirəm və ümumilikdə özümə güvənirəm”.

Bunları da oxuyun

Şərh əlavə et