Budkovski Ferrari mühərrikindən şübhələnir

Budkovski Ferrari mühərrikindən şübhələnir
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Cadillac F1 komandasının yeni komanda rəhbəri Marçin Budkovski vəzifəsinin ilk günlərindən etibarən komandanın Ferrari güc qurğusundan nə dərəcədə səmərəli istifadə etdiyini ətraflı şəkildə araşdıracağını açıqlayıb.

Gələcəkdə öz güc qurğusunu istehsal etməyi hədəfləyən Cadillac, Formula 1-dəki ilk mövsümü olan 2026-cı ilə Ferrari-nin müştəri komandası kimi başlayıb. Yay fasiləsində rəhbərlik strukturunda dəyişiklik edən Amerika komandası qurucu komanda rəhbəri Qrem Loudonla yollarını ayıraraq onun yerinə Alpine-nin sabiq rəhbəri Marçin Budkovskini gətirib.

2026-cı il mövsümünün ilk yarısında həm zavod, həm də müştəri komandalarının ən çox çətinlik çəkdiyi məsələlərdən biri yeni güc qurğularının iş prinsipini tam anlamaq olub. Məsələn, ilk yarışlarda McLaren mühərrik təchizatçısı Mercedes-dən kifayət qədər məlumat ala bilmədiyini bildirmişdi. Yeni texniki qaydalarda xüsusilə enerji idarəetməsinin incəliklərini anlamaq trasdakı performans fərqini müəyyən edən ən vacib amilə çevrilib.

Mövsümün ilk 11 yarışında hələ xal qazana bilməyən Cadillac-ın yeni rəhbəri Budkovski Ferrari mühərrikinin bütün potensialından istifadə edib-etmədiklərini sorğulayır.

Proseslə bağlı fikirlərini bildirən Budkovski vəziyyəti belə izah edib: “Şübhəsiz ki, biz Ferrari-nin müştəri komandasıyıq. Qaydalara əsasən, onlarla tamamilə eyni avadanlığa və eyni mühərrikə sahibik.

Ancaq bu il, xüsusilə Mercedes mühərrikindən istifadə edən komandalarda gördük ki, performans artımı enerji idarəetməsinin mürəkkəb quruluşunu və detallarını anlamaqdan keçir. Fərqi yaradan əsas amil məhz budur.

Komanda olaraq biz də özümüzə baxmalıyıq: Əlimizdəki bu avadanlıqdan həqiqətən maksimum səmərə əldə edə bilirikmi?

Mühərrikimiz kifayət qədər rəqabətədavamlıdır. Gələcək yeniliklərlə daha da güclənəcək. Lakin əsas sual budur: biz bu mühərrikdən həqiqətən tam potensialı ilə istifadə edə bilirikmi?

Təchizatçı ilə münasibət, əlbəttə ki, çox vacibdir. Lakin heç bir mühərrik istehsalçısı maksimum performans əldə etməyin bütün incəliklərini müştəri komandası ilə sonadək bölüşmür.

Bu, bu idmanın təbiətində var və oyunun bir hissəsidir. Burada Ferrari-ni və ya şəbəkədəki başqa bir istehsalçını günahlandıra bilmərik.

İşin bir hissəsi ən yaxşı mühərriki istehsal etməkdirsə, digər hissəsi də həmin mühərriki ən yaxşı şəkildə işlətməkdir. Vəzifəyə başladığım zaman əsas diqqət yetirəcəyim məsələlərdən biri mütləq bu olacaq”.

Bunları da oxuyun

Şərh əlavə et