Red Bull-un problemləri bəlli olub

Red Bull-un problemləri bəlli olub
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Red Bull komandasının texniki direktoru Pyer Vaşe pilotların RB22 ilə bağlı şikayətlərini təsdiqləyib.

Formula 1 yay fasiləsinə girərkən dördqat Dünya Çempionu Maks Ferstappen çempionatın lideri Kimi Antonellidən 110 xal geridədir.

Ötən mövsüm Zandfortdan etibarən möhtəşəm geridönüş edərək mövsümün ikinci yarısındakı bütün yarışlarda podiuma yüksələn niderlandlı pilot bu dəfə oxşar ssenarinin yaşanacağını düşünmür.

Red Bull-un bu mövsüm üzləşdiyi problemlər daha mürəkkəb xarakter daşıyır. Mövsümün əvvəlində komandanın özünün hazırladığı DM01 güc qurğusu ən böyük sual işarəsi hesab edilsə də, Red Bull gözləntiləri aşaraq bu sahədə rəqabətədavamlı performans nümayiş etdirib.

Lakin şassi çatışmazlıqları ilə RB22-nin çəki problemləri birləşəndə Red Bull ilk yarışlarda xalis yarış tempində 1,3 saniyədən çox geridə qalıb. Belçika və Macarıstan Qran Prilərinə gəldikdə bu fərq dövrə başına 0.2 saniyəyə qədər azalsa da, Ferstappen bu rəqəmlərin real vəziyyəti tam əks etdirmədiyini bildirib.

Mətbuata açıqlamalarında hər həftəsonu yeni problemlə qarşılaşdıqlarını deyən Ferstappen bolidin getdikcə pisləşdiyini vurğulayaraq belə danışmışdı: “İlk növbədə ümumi olaraq daha çox performans tapmalıyıq. Daha sonra həftəsonu ərzində, hətta yarışın əvvəlindən sonuna qədər performans itirməyimizə səbəb olan problemləri həll etməliyik. Ən böyük prioritetimiz budur”.

Texniki direktor Pyer Vaşe isə RB22-nin pilotların şikayət etdiyi konkret problemlərini təsdiqləyib. Pilotların balansı tənzimləmək imkanlarının məhdud olduğuna toxunan Vaşe Motorsport.com-a açıqlamasında bunları deyib: “Hər Formula 1 bolidində olduğu kimi, pilotların bolidi idarəetmə tərzindən, yük bölgüsündən və balans xüsusiyyətlərindən asılı olaraq müəyyən problemlərlə üzləşirik.

Hər boliddə olduğu kimi, döngəyə girişdə sabitlik və döngənin ortasında ön tərəfin sürüşməsi baxımından müəyyən məhdudiyyətlərimiz var. Mexaniki vasitələrdən istifadə edərək bu amillərdən mümkün qədər yayınmağa çalışırıq.”

Ferstappenin xüsusilə narazı olduğu döngənin ortasındakı ön tərəfin sürüşməsi problemi ilə bağlı komanda yoldaşı Ayzek Hacar da eyni fikirdədir. 21 yaşlı fransalı pilot da əsas məhdudiyyətin döngəyə girişdəki sabitlik olduğunu və ilk növbədə bunun həll edilməli olduğunu bildirib.

Mövsümün əvvəlindəki çətin dövrlə müqayisədə qət etdikləri yolu da qiymətləndirən Vaşe sözlərini belə tamamlayıb: “Başlanğıcdakı problemlərə gəlincə, rəqiblərimizlə müqayisədə asfaltayatma qüvvəmiz açıq şəkildə az idi.

Bundan əlavə, boliddə pilotun sükan hissinə mənfi təsir göstərən bəzi mexaniki problemlər var idi. Bunları başlanğıcda həll etdik. Bu, bir qədər vaxt aldı. Lakin bu vəziyyət ümumi performans çatışmazlığı və bolidin potensialı ilə birlikdə özünü göstərirdi. Bəli, pilotların bolidi hiss etməsi ilə bağlı müəyyən problemlərimiz var idi. Bu, sirr deyil”.

Bunları da oxuyun

Şərh əlavə et