Flavio Briatore: “Ekklstoun biznesdə son dərəcə sərt idi, çoxlu məhdudiyyətlər tətbiq edib. Liberty Media isə başqa cür davranıb, işin kommersiya tərəfini tamamilə açıb.
Düşünürəm ki, Berni sadəcə başqa dövrdə işləyib. Bu gün dünya xeyli sürətlənib. Formula 1-in çoxlu yeni, böyük sponsorları yaranıb və onlar seriyanı dəstəkləməyi sevirlər. Hansısa məqamda – Drive to Survive, fərqli təşkilatçılıq, kommersiya yönümü və ya marketinq sayəsində Formula 1 qəfil hamının olmaq istədiyi “həmin yerə” çevrilib.
Uğurun açarı Drive to Survive serialı olub. Ona qədər biz sağ qalırdıq, onunla isə xeyli yaxşı yaşamağa başlamışıq. Bundan başqa, Liberty Media ABŞ-da möhkəmlənə bilib. Berni bunu etməyə çalışıb, amma mən Finiksdəki o axmaq yarışı xatırlayıram – tamaşaçılar gəlməmişdi. Sonra Indianapolisdə təkərlərlə bağlı problemlər olmuşdu, Bridgestone və Michelin ilə yaranmış vəziyyətə görə yarışı normal keçirə bilməmişdik.
İndi isə Ostinə gəlirsiniz – bütün biletlər satılıb. Veqasda da eyni vəziyyətdir. Formula 1-in nə qədər dəyişdiyini görürsünüz. Bütün yarışlarda anşlaqdır, yağışın yağıb-yağmamasından asılı olmayaraq, bütün tribunalar doludur. Azarkeşlər xoşbəxtdirlər və böyük həvəslə kökləniblər. Bu, yeni Formula 1-dir.
Benetton-dakı səhmlərimi satanda komandanın ümumi dəyəri 80 milyon dollar idi. Bu gün isə söhbət 3,5 və ya 4 milyarddan gedir. Danışdığınız hər bir maliyyə eksperti proqnozlaşdırır ki, üç-dörd ildən sonra Formula 1 komandası 10 milyard dollar dəyərində olacaq. Amma bu mənim komandam olsaydı, onu çoxdan satardım!”




Şərh əlavə et