Kokpit.az xatırladır ki, Serxio Peres peletonun ən sürətli maşınını sürsə də, çempionatın lideri Maks Ferstappendən 224 xal geridə qalır. O, üçüncü yerdəki Həmiltondan isə sadəcə 30 xal öndədir.
Əksəriyyət düşünür ki, belə davam etsə, Lyuis ikinciliyi Serxionun əlindən alacaq. Meksikalı sürücü son 3 yarışda sadəcə 5 xal topladığı üçün bu hal real görünür.
Mark Vebber isə düşünür ki, Amerilka qitəsindəki yarışlar vəziyyəti Lyuis Həmiltonun xeyrinə dəyişə bilər: “Braziliya və Meksikada maraqlı olacaq, çünki Peres dəyişən hava şəraitində çətinlik çəkir. Əlbəttə, il ərzində çox xal itirdi, amma Lyuis bu traslarda çox qəddar olacaq. Lakin yenə də Peresin çempionatı ikinci yerdə bitirəcəyini gözləyirəm”.
Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko isə açıq-aydın bildirib ki, Serxio Peres ikinciliyi itirsə, gələn il Red Bull-da yarışmayacaq: “Hazırda çempionatda ikinci yer risk altındadır. 2024-cü ilin sonuna qədər Serxio ilə davam etmək istəyirik. Bu, ondan asılıdır.
AlphaTauri komandasında 3 yaxşı sürücümüz var. Liam Louson da dörd maşın üçün ehtiyat sürücüsüdür. Gələcəkdə hər şey ola bilər”.
Şərh əlavə et