Xəbəri Kokpitdə Oxuyun!

O.Roulənd: Arvid üçün Liamın güclü çıxış etməsi yaxşıdır

Arvid Lindbladın meneceri Racing Bulls-un daha təcrübəli sürücüsü Lyam Lousonun gənc yetirməsinə göstərdiyi kömək və dəstəyi yüksək qiymətləndirib.

Oliver təkcə Nissan zavod komandasının heyətində çıxış edən və hələ də Formula E-nin son çempionunun yox, həm də bu il Formula 1-də debüt edən Arvid Lindbladın meneceridir. O, Racing Bulls-un daha təcrübəli sürücüsü Liam Lousonun gənc yetirməsinə göstərdiyi kömək və dəstəyi yüksək qiymətləndirib.

Lindbladın ilk mövsümü kifayət qədər uğurlu alınır: yenicə 19 yaşı tamam olmuş gənc britaniyalı müntəzəm şəkildə xal qazanır və dünya çempionatının artıq baş tutmuş 11 mərhələsinin səkkizində bunu bacarıb.

Oliver Roulənd: “Arvid mövsümə həqiqətən pis başlamayıb, biz çox razıyıq. Hər şeydən əvvəl hesab edirəm ki, Racing Bulls texnikanın modernləşdirilməsi ilə əla məşğul olur və onların maşınlarında çoxlu dəyərli texniki yeniliklər peyda olur. Axı bəzən nəyisə tətbiq edirsiniz və bunun müəyyən effekt verəcəyini gözləyirsiniz, amma Formula 1-də ideyaları real nəticələrə çevirmək çox çətindir.

Ümumilikdə, Racing Bulls hər cür tərifə layiqdir – görünür, onlar dörd top-komandadan sonra ən yaxşı olduqlarını sabit şəkildə təsdiqləyirlər. Bundan əlavə, Lyamın bu qədər güclü çıxış etməsi bizim üçün çox yaxşıdır. O, bir neçə çox yaxşı yarış keçirib, amma Arvid öz üzərində işləməyi və cavab verməyi bacarıb. İstərdik ki, komanda daxilində dinamika məhz belə olsun: komanda yoldaşları hər yarış həftəsonu bir-birini irəli aparsın və yeni səviyyəyə qalxmağa kömək etsin.

Biz mütəmadi olaraq Lyamın nəyin hesabına irəliləyiş əldə etdiyini müzakirə edirik və bu, Arvid üçün xüsusilə faydalıdır. Düşünürəm ki, hələlik onun ən uğurlu yarış həftəsonu Spa mərhələsi olub və bu komandanın gələcəyi çox parlaq görünür”.

Gilanur Huseynova

Şərh əlavə et