Xəbəri Kokpitdə Oxuyun!

Aşağısürətli döngələr McLaren-in zəif yeri olaraq qalır

Lando Norris yüksək sürətlərlə seçilməyən dolanbac Hunqarorinq trasında qələbə qazansa da, Andrea Stella MCL40-ın aşağısürətli döngələrdə davranışının zəif tərəfi olaraq qaldığını düşünür…

Macarıstan Qran Prisinə Uokinq komandası kifayət qədər geniş texniki yeniliklər kompleksi hazırlayıb və bu, ən yüksək nəticələrə iddia etməyə imkan verib: Norris sıralanma turunu da qazanıb, yarışın birinci yarısında isə onun komanda yoldaşı Oskar Piastri liderlik edib, lakin sonda texniki problemlərə görə mübarizəni dayandırıb.

Lakin McLaren komandasının rəhbərinin sözlərinə görə, şassinin növbəti təkmilləşdirilməsi prosesində konkret bir məqama diqqət yetirmək lazımdır.

Andrea Stella: “Biz bəzi sahələrdə irəliləmişik və ən azı Macarıstandakı nəticələr göstərir ki, temp baxımından artıq Ferrari ilə tam müqayisə oluna bilərik. Bununla belə, maşının aşağı sürətlərdə davranışı əlavə yaxşılaşdırma tələb edir. Müəyyən dərəcədə MCL40-ın effektivliyi düzlüklərdəki sürət hesabına artıb, amma düşünürəm ki, buna Mercedes-in güc qurğusu kömək edir.

Macarıstanda təqdim olunan yeniliklər maşının bir neçə mərhələyə bölünmüş modernləşdirilməsi dövrünün yalnız bir hissəsidir. Hələlik biz onun yalnız ilk hissəsini həyata keçirmişik və növbəti yarışlar üçün daha bir sıra yeniliklər hazırlayırıq”.

Gilanur Huseynova

Şərh əlavə et