Xəbəri Kokpitdə Oxuyun!

FIA-nın mükafatlandırma mərasiminə az qalıb

Avtoidmanda ilə yekun vuracaq mərasim və tədbirlərə məlum olduğu kimi, bu dəfə Bakı ev sahibliyi edəcək.

Bakı dekabrın 5-8-də ilk dəfə ev sahibliyi edəcəyi Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Baş Assambleyalarının iclaslarına və avtomobil idmanı sahəsində ən gözlənilən tədbirlərdən biri olan FIA Prize-Giving Ceremony-Mükafatlandırma mərasiminə hazırlaşır.

Qeyd edək ki, Bakıda FIA-nın Baş Assambleyası ilə yanaşı, FIA Fondu (FIA Foundation) və avtomobil klublarının maraqlarını təmsil edən Beynəlxalq Turizm Alyansının (AIT) Baş Assambleyalarının iclasları təşkil olunacaq.

Dekabrın 8-də Heydər Əliyev Mərkəzində FIA Baş Assambleyasının yekun iclası, Bakı Konqres Mərkəzində isə Mükakatlandırma mərasimi keçiriləcək.

Paytaxtımızın bu mötəbər tədbirə ev sahibliyi ilə bağlı qərar ötən ilin dekabrında FIA Baş Assambleyasının İtaliyanın Bolonya şəhərindəki iclasında qəbul olunmuşdu. Avtomobil idmanı sahəsindəki bu beynəlxalq tədbiri qəbul etmək uğrunda bir neçə ölkə, o cümlədən Azərbaycan mübarizə aparırdı. Səsvermə nəticəsində müraciət edən ölkələr arasından Azərbaycanın namizədliyi təsdiq edilib.

FIA Baş Assambleyalarının iclasları və Mükafatlandırma mərasimi zamanı dünyanın müxtəlif ölkələrindən avtomobil təşkilatları, avtomobil idmanının görkəmli simaları ölkəmizdə bir araya gələcəklər.

Qeyd edək ki, bu mükafatlandırma mərasimi avtomobil idmanı üzrə mötəbər tədbirlərdən biri sayılır. 2011-ci ildən keçirilən bu mərasim federasiyanın bayrağı altında təşkil olunan yarış seriyaları başa çatıdqdan sonra təşkil olunur və tədbirdə avtomobil idmanı üzrə müxtəlif nöminasiyalar üzrə mükafatlar təqdim edilir.

Sözügedən mötəbər tədbir indiyə qədər Monako, Dehli, İstanbul, Paris, Doha, Vyana, Sankt-Peterburq, Cenevrə və Bolonyada keçirilib.

Elçin Zodorov

Şərh əlavə et