Xəbəri Kokpitdə Oxuyun!

E.Xudaverdiyevdən şok qərar: Fasilə verirəm

Azərbaycanın əfsanəvi drift pilotlarından olan Elvin Xudaverdiyev karyerasına birmüddətlik fasilə verdiyini deyib.

Kokpit.az xatırladır ki, Elvin daha əvvəl Drift üzrə 6 dəfə Azərbaycan Çempionu olub. Bundan başqa o keçən il keçirilən Legend Car Azərbaycan yarışında üçüncü yeri tutaraq, podiuma yüksəlib.

Elvin Xudaverdiyev: “Əziz dostlarım və qardaşlarım, hamınızı salamlayıram. Bir mövzuya toxunmaq istəyirəm. İnsan nə qədər boy atır, mübarizə aparır, başını qaldırır və qabağa gedir, amma həyat onu yenə də laxladır. Son iki-üç ay ərzində xoşagəlməz hallar baş verdi: Tiktok səhifəm silindi və neçəillik əziyyətim boşa getdi, belim zədələndi, bir sinirim cırıldı, ardından gözümdə problem yarandı, Drag yarışında maşınım xarab oldu…

Adam bunların hamısına dözər, problem yoxdur, amma siz təsəvvür edə bilməzsiniz ki, mən son 3-4 ayda nələr çəkmişəm. Ard-arda gələn problemlər adamı yorur. Buna görə də bir az fasilə götürürəm. Bilmirəm bu fasilə nə qədər çəkər. Hamınızı öpürəm. Allahın köməkliyi ilə daha güclü qayıdacağam. Özünüzə yaxşı baxın, hələlik”.

Rauf Hacıyev

Şərh əlavə et