Finlandiyanın təbii mineral və bulaq suyu istehsalçısı olan Vellamo-nun loqotipləri bundan sonra VF-26 bolidinin yan güzgülərinin arxa hissəsində daha nəzərəçarpan mövqedə yerləşdiriləcək.
Komandanın rəhbəri Ayo Komatsu bildirib: “Vellamo ötən ildən komandamıza qoşulduğu vaxtdan etibarən əməkdaşlarımıza dəstək göstərərək və yüksək nəticələrə, davamlı inkişaf prinsipinə sadiqliyimizi bölüşərək fəaliyyətimizə dəyərli töhfə verir. Əməkdaşlığımızın genişləndirilməsi tərəflər arasında formalaşmış möhkəm münasibətlərin göstəricisidir”.




Şərh əlavə et