Xəbəri Kokpitdə Oxuyun!

Aston Martin Zscaler ilə tərəfdaş olub

Zscaler şirkəti Aston Martin komandasının qlobal kibertəhlükəsizlik tərəfdaşı statusunu alıb. Şirkət komandanın ən dəyərli rəqəmsal aktivlərinin qorunmasına Zero Trust Exchange platforması vasitəsilə dəstək verəcək.

Formula 1 komandaları yarış həftəsonları ərzində çox böyük həcmdə məlumat ötürür. Kritik əhəmiyyət daşıyan telemetriya, mühəndislik və əməliyyat məlumatları komandanın bazası, tras və dünyanın müxtəlif yerlərində yerləşən tərəfdaş və təchizatçı şəbəkələri arasında fasiləsiz dövr edir. Bu məlumatların təhlükəsizliyinin təmin olunması isə komandalar üçün prioritet məsələlərdən biridir.

Razılaşmaya əsasən, Zscaler şirkətinin loqotipi artıq Böyük Britaniya Qran Prisindən etibarən Aston Martin bolidlərinin üzərində yer alacaq.

Rauf Hacıyev

Şərh əlavə et