Xəbəri Kokpitdə Oxuyun!

Cadillac 3M ilə çoxillik tərəfdaşlıq müqaviləsi bağlayıb

Cadillac F1 Team və 3M çoxillik tərəfdaşlıq müqaviləsi imzaladıqlarını açıqlayıblar.

Razılaşmaya əsasən, 3M komandanın materialşünaslıq sahəsində rəsmi tərəfdaşı olacaq və öz texnologiyaları, materialları, eləcə də elmi-tədqiqat həlləri ilə Cadillac-ın inkişaf proqramına dəstək verəcək.

Komandanın kommersiya strategiyası üzrə rəhbəri Tayler Epp bildirib: “3M-i tərəfdaşlarımız arasında görməkdən qürur duyuruq. Onlar da bizim kimi inanırlar ki, qələbələr detallara verilən diqqət sayəsində qazanılır. Şirkətin materialları və elmi-tədqiqat sahəsindəki yenilikləri bizə hər xırda üstünlüyün həlledici olduğu mübarizədə kömək edəcək”.

Rauf Hacıyev

Şərh əlavə et