F.Alonso: Rəqiblərin pulkəsən maşını var

F.Alonso: Rəqiblərin pulkəsən maşını var
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Fernando Alonso və Karlos Sayns, Formula 1-də tətbiq olunan büdcə limitinə baxmayaraq, ön sıralardakı komandaların bolidlərini bu qədər sürətlə inkişaf etdirməsinə təəccübləndiklərini bildiriblər.

2026-cı il mövsümündə FIA-nın büdcə limiti qaydaları qüvvədə olsa da, lider komandalar demək olar ki, hər yarış həftəsonu yeniliklər gətirməyə davam edirlər.

Aston Martin F1 Team isə fərqli strategiya seçərək resurslarını mövsümün ortasında təqdim olunacaq böyük yeniləmə paketinə yönəldib. Komandanın yay fasiləsindən dərhal əvvəl və ya sonra istifadəyə verməyi planlaşdırdığı genişmiqyaslı yeniləmələr səbəbindən Alonso və Ləns Stroll indiyədək demək olar ki, dəyişməyən bolidlə yarışırlar.

Buna baxmayaraq, Red Bull Racing başda olmaqla ön sıralardakı komandalar demək olar ki, hər yarış həftəsonu yeni hissələr gətirməyə davam edirlər. Avstriya Qran Prisində də Red Bull-un geniş yeniləmə paketindən istifadə etdiyi bildirilib.

Crash.net tərəfindən Aston Martin-in yalnız bir böyük yeniləmə paketinə fokuslanması ilə bağlı sualı cavablandıran Alonso komandasının yanaşmasını müdafiə edib, eyni zamanda rəqiblərinə də eyham vurub: “Görünür, digər komandalar kimi limitsiz yeniləmələr gətirmək üçün bizim o qədər pulumuz yoxdur. Hər cümə FIA-nın yeniləmə siyahısına baxanda təəccüblənirəm. Bəlkə onların zavodlarının zirzəmisində pul çap edən maşın var!

Komandamız və rəhbərlik Avstraliyada xərclərin səmərəliliyi və digər amilləri nəzərə alaraq, həqiqətən ciddi fərq yaradacaq yeniləmə paketi hazır olana qədər gözləmək qərarına gəldi. Biz də hamımız bu qərarı dəstəklədik”.

Williams Racing isə Aston Martin-dən fərqli olaraq mövsüm ərzində aerodinamik yeniləmələr gətirməyə davam edir. Bildirilir ki, Britaniya Qran Prisi və Azərbaycan Qran Prisi üçün də yeni hissələr hazırlanır.

Lakin Qrouv təmsilçisi də büdcə limitinin təsirlərini hiss edir. Komanda daha yüngül hissələri istifadəyə verməzdən əvvəl mövcud yenilənmiş komponentlərin istismar müddətinin başa çatmasını gözləyir.

Karlos Sayns da rəqiblərinin inkişaf tempinə heyrətləndiyini gizlətməyib: “Bu vəziyyət təkcə Williams-a aid deyil. Digər komandalara baxanda hamı ön sıralardakı komandaların bu il bunu necə bacardığını düşünür. Son beş yarışa baxsaq, ən çox yeniləmə gətirən yenə də lider komandalardır. Bunu bacarmaları həqiqətən təsiredicidir. Bu da göstərir ki, hər şey təkcə pulla ölçülmür”.

Bunları da oxuyun

Şərh əlavə et