MotoGP Niderland: Sprintin qalibi Fernandesdir

MotoGP Niderland: Sprintin qalibi Fernandesdir
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

MotoGP üzrə Niderland Qran Prisinin sprint yarışını Raul Fernandes qələbə ilə başa vurub. 

Qızdırma dövrəsindən sonra sürücülər start düzülüşündə yerlərini alıblar və işıqlar söndükdən sonra sprint yarışı başlayıb.

Ai Oqura əla start alaraq ilk döngədə poulun sahibi Xorxe Martini geridə qoyub. Toprak Razqatlıoğlu da startda iki pillə irəliləyib.

Joan Mir ilk dövrədə qəzaya uğrayıb və qısa müddətlik sarı bayraqlar dalğalanıb. Dövrənin sonuna yaxın isə Xorxe Martin Ai Oquranı ötərək liderliyi geri alıb. Toprak isə komanda yoldaşı Cek Milleri geridə qoyaraq 17-ci yerə yüksəlib.

İkinci dövrədə Raul Fernandes Ai Oquranı keçərək ikinci pilləyə qalxıb. Pedro Akosta isə döngədə etdiyi səhv nəticəsində 14-cü yerə qədər geriləyib.

Üçüncü dövrədə Mark Markeslə Peko Banyaya arasında gərgin mübarizə yaşanıb. Pilotlar bir neçə dəfə yer dəyişsələr də, Markes uğurlu manevrlə altıncı mövqeyini qoruyub.

Həmin dövrənin sonunda Raul Fernandes Xorxe Martini ötərək liderliyə yüksəlib. Eyni anda Fabio Di Ciannantonio da Ai Oquranı geridə qoyaraq üçüncü pilləyə qalxıb.

Dördüncü dövrədə Di Ciannantonio Xorxe Martini də ötərək ikinci yerə yüksəlib. Martin səhvi səbəbindən dördüncü yerə qədər geriləyib. O, Ai Oquranı keçərək üçüncü yerə yüksəlsə da, az sonra yenidən geriyə düşüb.

Beşinci dövrədə Fernandes arxasındakı Di Ciannantonionun təzyiqi altında müdafiə olunarkən ciddi qəza təhlükəsi yaşayıb. O, qısa müddətlik motosiklet üzərində tarazlığını itirsə də, liderliyini qoruya bilib.

Altıncı dövrədə Toprak Razqatlıoğlunun komanda yoldaşı Cek Miller motosikletində yaranan problem səbəbindən pitə qayıdaraq yarışı dayandırıb.

Yeddinci dövrədə Marko Bezzekki ilə Xorxe Martin arasında maraqlı mübarizə yaşanıb. Martin əvvəlcə dördüncü yeri qoruya bilsə də, Bezzekki uğurlu hücumla onu keçərək dördüncü pilləyə yüksəlib.

Səkkizinci dövrədə üçüncü yerdə gedən Di Ciannantonio ilə Ai Oqura arasındakı fərq 0.098 saniyəyə qədər enib. Oqura uzun müddət ötmə imkanı tapa bilməsə də, son beşinci dövrədə daxili trayektoriyadan istifadə edərək ikinci yerə yüksəlib.

Yarışın bitməsinə dörd dövrə qalmış Raul Fernandeslə Ai Oqura arasındakı fərq 1.267 saniyəyə çatıb.

Son iki dövrə ərzində Franko Morbidelli qəzaya uğrayaraq mübarizəni dayandırıb.

Qalan hissədə sıralama dəyişməyib və Raul Fernandes gərgin mübarizə şəraitində keçən sprint yarışının qalibi olub.

Bunları da oxuyun

Şərh əlavə et