Xəbəri Kokpitdə Oxuyun!

İki komanda komendant saatını pozub

Şpilberqdə şənbəyə keçən gecə Mercedes və Audi komandaları komendant saatı qaydalarını pozublar.

Maşına xidmətlə birbaşa bağlı vəzifələri olan komanda əməkdaşları iyunun 26-da yerli vaxtla saat 22:00-da başlayan və iyunun 27-də saat 09:30-da başa çatan qadağan olunmuş zaman aralığında trasda olublar.

Mercedes üçün bu, mövsüm ərzində icazə verilən dörd fərdi istisnadan birincisi, Audi üçün isə dörd istisnadan ikincisidir. Komandaların heç birinə cəza tətbiq olunmayacaq.

Gilanur Huseynova

Şərh əlavə et