Kokpit.az xəbər verir ki, yanacaq doldurmanın qaytarılması yanacaq çənlərinin çəkisini 50 kq-dan çox azaltmağa imkan verəcək. Məqsəd bolidlərin çəkisini 700 kq və daha aşağı səviyyəyə endirməkdir.
Şayiələrə görə, Ferrari, Cadillac və Red Bull bu təklifi müzakirə etməyə hazırdır, Mercedes və Audi isə turbolu mühərriklərdə israr edir.
Xatırladaq ki, 1950–1983-cü illərdə yarışlarda yanacaq doldurmaq qadağan idi, lakin 1982-1983-cü illərdə bəzi komandalar bu strategiyanı qısa müddətə tətbiq ediblər.
Yanacaq bərpası Williams və Ferrari komandalarının dominantlığı dövründə, tamaşaçılara maraqlı strategiyalar təqdim etmək məqsədilə 1994-cü ildən 2009-cu ilin sonuna qədər yenidən rəsmən qanuniləşdirilib.
Təhlükəsizlik problemləri (yanğınlar) və yüksək xərclər səbəbindən FIA yanacaq bərpasını 2010-cu ildən etibarən tamamilə qadağan edib. O vaxtdan bəri maşınlar yarışa tam dolu yanacaq çəni ilə başlayırlar.




Şərh əlavə et