S.Berra: Taktiki variantlar çox olacaq

S.Berra: Taktiki variantlar çox olacaq
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Avstriya Qran Prisi çox isti hava şəraitində keçirilir. Günün yekunlarını dəyərləndirən Pirelli bildirib ki, hava temperaturu 35 dərəcəyə, asfaltın temperaturu isə 53 dərəcəyə çatıb.

Cümə günü keçirilən məşqlərdə sürücülər və komandalar hər üç tərkibli təkərdən istifadə ediblər. Günün ən yaxşı nəticəsini isə ən yumşaq C5 tərkibli təkərlərlə Kimi Antonelli göstərib.

Pirelli-nin baş mühəndisi Simone Berra: “Bu gün həm sıralanma turu rejimində, həm də uzun seriyalarda hər üç tərkibli təkərin davranışı ilə bağlı məlumat toplamaq baxımından çox faydalı keçdi.

Komandalar məşqlərdə fərqli yanaşmalardan istifadə etdilər. Bəziləri Hard tərkibli iki dəsti növbəti iki gün üçün saxlamağa üstünlük verdi, digərləri isə Hard təkərlərin bir dəstini artıq cümə günü işlətdi. Bu da göstərir ki, bazar günü müxtəlif taktiki yanaşmalar görə bilərik və mümkün strategiya variantları kifayət qədər çoxdur.

Yüksək temperatur və asfaltın aşındırıcı örtüyü səbəbindən təkərlərin aşınması daha da artdı. Buna görə də ən real seçim iki pit stoplu strategiya görünür.

İlişmə səviyyəsinə gəlincə, C3 və C4 tərkibli təkərlər təxminən eyni davranış nümayiş etdirdi. Lakin tras hələ tam formalaşmadığı üçün onlar optimal rejimdə işləmirdi. Həftəsonu ərzində bu vəziyyət dəyişəcək.

Digər tərəfdən, Soft tərkibli təkərlər artıq yüksək səmərəlilik nümayiş etdirirlər. Bəzi hallarda sürücülər ikinci cəhdlərində daha sürətli dövrə vura bildilər. Bununla belə, bunu bugünkü sıralanma turunda da təsdiqləmək lazım olacaq.

Cümə günü uzun seriyalarda Soft təkərlərdən çox az istifadə olundu. Buna görə də onların bu rejimdə necə davrandığı barədə hələ tam təsəvvürümüz yoxdur. Medium və Hard təkərlər barədə isə kifayət qədər məlumat toplamışıq. Beləliklə, yumşaq təkərlər yarış strategiyası baxımından ən az üstünlük verilən seçim kimi görünür. Komandaların daha konservativ yanaşmaya üstünlük verəcəyi gözlənilir. Buna səbəblərdən biri də hava proqnozunun temperaturun daha da yüksələcəyini göstərməsidir”.

Bunları da oxuyun

Şərh əlavə et