O.Piastri: Gözlədiyimiz kimi oldu

O.Piastri: Gözlədiyimiz kimi oldu
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

McLaren komandasının pilotu Oskar Piastri Avstriya Qran Prisinin cümə günü keçirilən sərbəst yürüşlərindən sonra Mercedes-in hələ də üstün göründüyünü desə də, komandanın İspaniya Qran Prisindən sonra mühüm irəliləyiş əldə etdiyini bildirib.

Kokpit.az xatırladır ki, avstraliyalı sürücü Şpilberqdə cümə gününü ikinci yerdə tamamlayıb və o, lider Antonellidən 0.237 saniyə geridə qalıb. Buna baxmayaraq gənc pilot günün ümumilikdə məhsuldar keçdiyini vurğulayıb.

Oskar Piastri: “Olduqca yaxşı gün idi. Mercedes-dən, daha doğrusu ən azı Kimi Antonellidən bir qədər geridəyik. Amma bunu onsuz da gözləyirdik.

Bunun xaricində çox səmərəli gün keçirdiyimizi düşünürəm. Bir çox fərqli variantı sınaqdan keçirdik.

İspaniyadan sonra mənim tərəfdə üzərində işləməli olduğumuz bəzi məqamlar var idi və hesab edirəm ki, onları yoxlamaq baxımından yaxşı iş gördük”.

Oskar Piastri bildirib ki, komandanın bir gecənin içində möcüzəvi irəliləyiş əldə etməsi mümkün deyil. Bununla belə, komanda daxilində məlumat mübadiləsinin vacib rol oynayacağını vurğulayıb:  “Bir gecənin içində yeni nəsə icad edə bilmərik. Amma şübhəsiz ki, bir-birimizdən öyrənə biləcəyimiz məqamlar var. Həmin məqamları tətbiq etməyə çalışacağıq və sonda harada olduğumuzu görəcəyik”.

Bunları da oxuyun

Şərh əlavə et