C.Rassell: Təkərlər yanırdı

C.Rassell: Təkərlər yanırdı
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Mercedes komandasının pilotu Corc Rassell Avstriya Qran Prisinin cümə günü keçirilən məşq sessiyalarından sonra bildirib ki, McLaren hazırda çox güclü görünür. O, həmçinin 60°C-yə çatan asfalt temperaturunun təkərləri ciddi şəkildə çətin vəziyyətə saldığını vurğulayıb.

İlk sərbəst yürüşdə komanda olaraq güclü çıxış etdiklərini deyən britaniyalı sünürü bunun qismən rəqiblərin problemləri ilə bağlı ola biləcəyini etiraf edib.

Corc Rassell: “İlk sessiya hər ikimiz üçün çox uğurlu keçdi, maşında özümüzü həqiqətən yaxşı hiss edirdik. Amma düzünü desəm, ikinci sessiya başlayan kimi McLaren çox sabit temp tutdu. Bizim tərəfdən sessiya müəyyən qədər pozuldu, lakin McLaren həm bir dövrədə, həm də yarış tempində çox güclü görünürdü”.

Britaniyalı pilot bildirib ki, ilk məşqdə əksər rəqiblərin problemlə üzləşməsi Mercedes-in sürətini olduğundan daha yaxşı göstərmiş ola bilər. “Birinci sessiyada monitora hər baxanda hansısa pilotun boksda problem yaşadığını görürdüm. Lando yalnız sessiyanın sonunda trasa çıxa bildi, Lyuis və Maks da müəyyən çətinliklərlə üzləşdilər.

Bu, yəqin ki, bizim ilk məşqdəki tempimizi reallıqdan bir qədər yaxşı göstərdi. İkinci sessiyada isə McLaren-in elə ilk dövrələrdən zirvəyə yüksəlməsi həqiqətən sürpriz oldu”.

Rassell sıralanma turu öncəsi təkərlərin idarə olunmasının əsas amillərdən biri olacağını da vurğulayıb: “Təkərləri qızdırmaqla bağlı qətiyyən problem yoxdur. Bu gün asfaltın temperaturu düz 60°C-yə çatmışdı və təkərlər sanki yanırdı.

Tras cəmi 11 döngədən ibarət olsa da, belə ekstremal şəraitdə təkərləri bütün dövrə ərzində optimal iş rejimində saxlamaq və balansı qorumaq heç də asan deyil”.

Bunları da oxuyun

Şərh əlavə et