Avstriya F3: Yamakoşi ilk dəfə pouldadır

Avstriya F3: Yamakoşi ilk dəfə pouldadır
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Hiyu Yamakoşi Avstriyanın Şpilberq trasında keçirilən mövsümün dördüncü Formula 3 mərhələsinin sıralanma turunda ən yaxşı nəticəni göstərib.

Sürücülər sessiyanın əvvəlində bokslarda gözləməyə üstünlük verməyərək, 30 dəqiqəlik sıralanma turu başlayan kimi trasa çıxıblar.

İlk istinad vaxtını Yamakoşi müəyyənləşdirib – yaponiyalı sürücü dövrəni 1:22.204 nəticə ilə başa vurub. Lakin az sonra Tuukka Taponen onu cəmi 0.002 saniyə qabaqlayıb.

Noa Strømsted hər iki sürücüdən 0.1 saniyə sürətli olub, lakin ikinci sürətli dövrəsində Taponen yenidən liderliyi ələ keçirərək 1:21.775 nəticə göstərib. Sessiya ərzində tras hüdudlarından kənara çıxan sürücülərin dövrə vaxtları ləğv olunub.

Sürücülərin əksəriyyəti ikinci cəhd üçün sessiyanın bitməsinə 10 dəqiqə qalmış trasa çıxsa da, Yamakoşi bunu bir neçə dəqiqə əvvəl edib. Boş trasdan maksimum yararlanan yaponiyalı sürücü 1:21.730 nəticə ilə yenidən protokola başçılıq etməyə başlayıb.

İkinci cəhddə çempionatın lideri Uqo Uqoçukvu ikinci pilləyə yüksəlib. İlk beşliyə düşmək uğrunda mübarizə aparan Taito Kato isə doqquzuncu döngədən çıxışda bordürə toxunduqdan sonra bolidinə nəzarəti itirərək trasdan çıxıb. Bu insident qısa müddətlik sarı bayraqların göstərilməsinə səbəb olub.

Heç bir sürücü Yamakoşinin nəticəsini yaxşılaşdıra bilməyib və o, karyerasında ilk dəfə Formula 3-də poul qazanıb. Mövsümün ilk üç sıralanma turunun qalibi Teofil Nael isə yalnız 24-cü nəticə göstərib.

Sprint yarışının start düzümü isə reversiv olacaq. İlk 12 yeri tutan sürücülər şənbə günü yarışa tərs ardıcıllıqla başlayacaqlar. Beləliklə, sprintə poul mövqeyindən Ceyms Uorton start verəcək. İlk cərgədə onun yanında Ernesto Rivera yer alacaq.

Bunları da oxuyun

Şərh əlavə et