Antonelli: Daha ağıllı yarışmalıyıq

Antonelli: Daha ağıllı yarışmalıyıq
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Kimi Antonelli çempionluq uğrunda mübarizədə Lyuis Həmiltonun yaratdığı təzyiqi hiss etməyə başladıqlarını bildirib və komanda daxilindəki mübarizəyə bundan sonra daha ehtiyatla yanaşacaqlarını deyib.

Həmiltonun son yarışlarda əla formada olduğunu və artıq çempionluq uğrunda mübarizəyə qoşulduğunu vurğulayan gənc pilot bildirib ki, belə rəqiblə mübarizə aparmaq heç də asan deyil:

Kimi Antonelli: “Lyuis hazırda əla formadadır. O, çempionluq mübarizəsinə qoşulub və onun kimi güclü rəqiblə mübarizə aparmaq heç də asan deyil. Açığı, arxamda Maks, Lando və ya Corc olsaydı da, vəziyyət eyni olardı. Belə vəziyyətləri dəfələrlə yaşamış, çox təcrübəli pilotlara qarşı yarışmaq həmişə çətindir. Lyuis Barselonada həqiqətən də çox təsirli idi. 2021-ci ildəki kimi çılğın çempionluq mübarizəsinə hazırammı? Hər şeyə hazır olmalıyam”.

İtalyan sürücü bildirib ki, qarşısına çıxan bu fürsətdən maksimum yararlanmaq niyyətindədir: “Mübarizə aparmağa və əlimdən gələnin ən yaxşısını etməyə hazıram. Çünki belə imkanlar hər il qarşına çıxmır. Mövsümün sonuna yaxın çempionluq uğrunda mübarizənin daha da qızışacağı ehtimalına hazır olmaq üçün indi öyrənə biləcəyim hər şeyi öyrənməyə çalışıram”.

Həmiltonun titul mübarizəsinə qoşulmasından sonra Antonelli komanda rəhbəri Toto Volf və komanda yoldaşı Corc Rassell ilə komanda daxilindəki mübarizə və öz sürüş tərzi barədə də danışdıqlarını qeyd edib. “Yarış zamanı emosiyalar çox yüksək olur. Həmin an yalnız qalib gəlmək və bacardığının ən yaxşısını etmək barədə düşünürsən. Bu hissləri nəzarətdə saxlamaq asan olmayacaq. Amma Toto və Corcla etdiyimiz söhbətlərdən sonra ortaq qərara gəldik: Artıq daha ağıllı yarışmalıyıq. Çünki məsələ artıq təkcə mən və Corc arasında deyil, arxadan gələn digər rəqiblər də var. Bu həftəsonundan etibarən yarış tərzim vəziyyətə uyğun dəyişəcək. Əgər rəqiblər bizə çox yaxındırlarsa, yalnız Corcla mübarizə apardığımız ssenaridən fərqli strategiya ilə yarışacağam”.

Bunları da oxuyun

Şərh əlavə et