Ferrari Avstriyada Lekleri Beqanoviçlə əvəz edəcək

Ferrari Avstriyada Lekleri Beqanoviçlə əvəz edəcək
  1. 1K. AntonelliMercedes380
  2. 2M. FerstappenRed Bull261
  3. 3L. HəmiltonFerrari259
  4. 4C. RassellMercedes250
  5. 5Ş. LeklerFerrari245
  6. 6L. NorrisMcLaren221
  7. 7O. PiastriMcLaren144
  8. 8İ. HəcərRed Bull107
  9. 9L. LousonRacing Bulls83
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi13
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes630
  2. 2Ferrari504
  3. 3Red Bull382
  4. 4McLaren365
  5. 5Racing Bulls108
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi27
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Ferrari komandası Avstriya Qran Prisinin ilk sərbəst yürüş sessiyasında Şarl Leklerin yerinə Dino Beqanoviçin sükan arxasına keçəcəyini açıqlayıb.

Hazırda Formula 2-də çıxış edən Beqanoviç ötən mövsümün əvvəlindən etibarən Ferrari ilə bir neçə dəfə sərbəst yürüş sessiyalarında iştirak edib. 22 yaşlı isveçli pilot 2025-ci ildə Bəhreyn və Avstriyada Leklerin yerinə olmaqla iki dəfə trasa çıxmışdı.

Bu mövsüm isə gənc pilot Barselonada Lyuis Həmiltonun bolidi ilə Formula 1 trasına qayıtmışdı. Barselona-Katalunya trasında keçirilən ilk sərbəst yürüş sessiyasında səkkizinci yeri tutan Beqanoviç, üçüncü olan Leklerdən təxminən 0,9 saniyə geri qalmışdı.

Avstriya Qran Prisi ərəfəsində Ferrari, Beqanoviçin Red Bull Ringdə keçiriləcək 1-ci sərbəst yürüş sessiyasında Lekleri əvəz edəcəyini rəsmən təsdiqləyib.

Formula 1 qaydalarına əsasən komandalar mövsüm ərzində hər boliddə iki dəfə olmaqla ümumilikdə dörd sessiyada gənc pilotlara şans verməlidirlər. Qaydalara görə gənc pilot statusu karyerasında ikidən çox Qran Pri yarışına çıxmamış sürücülərə şamil olunur.

Avstriyada digər komandalar da ilk sərbəst yürüş sessiyasında gənc pilotlardan istifadə edəcəklər. Cek Krouford Aston Martin AMR26-da Lens Strollu əvəz edəcək. Williams-da Luk Brauninq Karlos Saynsın yerinə trasa çıxacaq, Audi-də isə Paul Aron Qabriel Bortoletonun bolidinin sükanı arxasına keçəcək.

Bunları da oxuyun

Şərh əlavə et