Racing Bulls Avstriyada İvasaya şans verəcək

Racing Bulls Avstriyada İvasaya şans verəcək
  1. 1K. AntonelliMercedes380
  2. 2M. FerstappenRed Bull261
  3. 3L. HəmiltonFerrari259
  4. 4C. RassellMercedes250
  5. 5Ş. LeklerFerrari245
  6. 6L. NorrisMcLaren221
  7. 7O. PiastriMcLaren144
  8. 8İ. HəcərRed Bull107
  9. 9L. LousonRacing Bulls83
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi13
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes630
  2. 2Ferrari504
  3. 3Red Bull382
  4. 4McLaren365
  5. 5Racing Bulls108
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi27
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Racing Bulls komandası Avstriya Qran Prisinin 1-ci sərbəst yürüş sessiyasında gənc pilot qaydası çərçivəsində heyətdə dəyişiklik edəcəyini açıqlayıb.

Faenza mərkəzli komanda həftəsonunun açılış sessiyasında bolidi Red Bull-un gənc pilot proqramının üzvü Ayumu İvasaya həvalə edəcək. İvasa Red Bull Rinqdə keçiriləcək ilk sərbəst yürüş sessiyasında Liam Lousonu əvəz edərək 2026-cı il mövsümündə ikinci Formula 1 təcrübəsini yaşayacaq.

Yapon pilot bu il ilk sessiyasına İspaniya Qran Prisi həftəsonunda çıxmış və Red Bull komandasında Ayzek Hacarın RB22 bolidinin sükanı arxasına keçmişdi. İvasa bu dəfə qardaş komanda Racing Bulls-un bolidini idarə edəcək və əsasən məlumat toplamaqla məşğul olacaq.

Adətən komandalar üçün müəyyən çətinlik yaradan bu məcburi qaydada Racing Bulls bu il bir qədər üstün vəziyyətdədir. Komandanın pilotu Arvid Lindblad artıq gənc pilot statusuna malik olduğu üçün mövsümün əvvəlində iştirak etdiyi ilk iki sərbəst yürüş sessiyası avtomatik olaraq Racing Bulls-un yerinə yetirməli olduğu kvotaya daxil edilib.

Qalan sessiyalar üçün isə Ayumu İvasa kimi gənc istedadlar öz növbələrini gözləyirlər.

Bunları da oxuyun

Şərh əlavə et