L.Brauninq Avstriyada Saynsı əvəz edəcək

L.Brauninq Avstriyada Saynsı əvəz edəcək
  1. 1K. AntonelliMercedes380
  2. 2M. FerstappenRed Bull261
  3. 3L. HəmiltonFerrari259
  4. 4C. RassellMercedes250
  5. 5Ş. LeklerFerrari245
  6. 6L. NorrisMcLaren221
  7. 7O. PiastriMcLaren144
  8. 8İ. HəcərRed Bull107
  9. 9L. LousonRacing Bulls83
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi13
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes630
  2. 2Ferrari504
  3. 3Red Bull382
  4. 4McLaren365
  5. 5Racing Bulls108
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi27
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Williams komandası bu həftəsonu keçiriləcək Avstriya Qran Prisində 1-ci sərbəst yürüş sessiyasında Karlos Saynsın yerinə Luk Brauninqin sükan arxasına keçəcəyini açıqlayıb.

2025-ci il Formula 2 mövsümünü dördüncü pillədə başa vurduqdan sonra 2026-cı il üçün Williams-ın ehtiyat pilotu təyin edilən Luk Brauninq bu həftəsonu Şpilberqdə Formula 1 bolidinin sükanı arxasına keçəcək.

24 yaşlı britaniyalı pilot Williams-dakı vəzifəsi ilə yanaşı, Yaponiyanın Super Formula seriyasında da çıxış edir və ilk dörd yarışdan sonra çempionatda səkkizinci yerdə qərarlaşıb.

Formula 1 qaydalarına əsasən, komandalar mövsüm ərzində hər iki boliddə iki dəfə olmaqla ümumilikdə dörd sərbəst yürüş sessiyasında karyerasında ikidən çox Qran Pri startı olmayan gənc pilotlara şans verməlidirlər.

Bu qayda çərçivəsində Brauninqin trasa çıxacağını açıqlayan Williams sosial şəbəkədə paylaşdığı məlumatda belə qeyd edib: “Luku bu cümə Avstriyada boliddə görmək üçün səbirsizlənirik”.

Bu ayın əvvəlində verdiyi müsahibədə sərbəst yürüş sessiyalarında sürətli dövrələr vurmaq üçün üzərində təzyiq hiss etmədiyini bildirən Brauninq, bu sessiyaları gələcəkdə mümkün yarış kokpiti üçün bir növ “imtahan” hesab edib-etmədiyi barədə suala belə cavab verib: “Əlbəttə, bu sərbəst yürüş sessiyalarında yaxşı performans göstərmək mənim üçün vacibdir.

Dövrə vaxtları ilə bağlı təzyiq hiss etmirəm. Sadəcə ehtiyac yarandıqda həmin kokpitə oturmağa hazır olduğumu göstərməliyəm. Bu, kənardan gələn təzyiq deyil, tamamilə özümə qoyduğum standartdır.

Bolidə əyləşəndə hazır olduğuma əmin olmaq istəyirəm. Hazırda özümü həm fiziki, həm də psixoloji baxımdan tam hazır hiss edirəm.

Super Formula-da yarışıram və bu seriya xüsusilə boyun əzələlərini gücləndirmək baxımından əla platformadır. Bundan əlavə, keçirdiyim testlər sayəsində Formula 1 bolidini sürməyə tam hazıram”.

Bunları da oxuyun

Şərh əlavə et