McLaren Avstriyada “Macarena” qanadını sınayacaq

McLaren Avstriyada “Macarena” qanadını sınayacaq
  1. 1K. AntonelliMercedes380
  2. 2M. FerstappenRed Bull261
  3. 3L. HəmiltonFerrari259
  4. 4C. RassellMercedes250
  5. 5Ş. LeklerFerrari245
  6. 6L. NorrisMcLaren221
  7. 7O. PiastriMcLaren144
  8. 8İ. HəcərRed Bull107
  9. 9L. LousonRacing Bulls83
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi13
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes630
  2. 2Ferrari504
  3. 3Red Bull382
  4. 4McLaren365
  5. 5Racing Bulls108
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi27
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Ferrari və Red Bull-dan sonra McLaren də "Macarena" adlandırılan qeyri-adi tərs arxa qanad konseptini bu həftəsonu Avstriya Qran Prisində sınaqdan keçirəcəyini təsdiqləyib.

Vokinq təmsilçisi bu innovativ aerodinamik həlli tətbiq edən üçüncü komanda olmağa hazırlaşır. Padokun son dövrlərdə ən çox müzakirə olunan yeniliklərindən biri hesab edilən və hərəkətli konstruksiyaya malik olan bu arxa qanad konsepti düzlüklərdə maksimal sürəti artırmaq məqsədi daşıyır.

Ferrari mövsümöncəsi Bəhreyn testlərində tərs arxa qanad dizaynını ilk dəfə nümayiş etdirərək diqqətləri üzərinə çəksə də, sistemi yarış şəraitində ilk dəfə Mayamidə istifadə etmişdi. Red Bull da həmin həftəsonu öz versiyasını təqdim etmişdi. İndi isə McLaren cümə günü keçiriləcək hər iki sərbəst yürüş sessiyasında bu mexanizmi MCL40 üzərində sınaqdan keçirəcək.

Formula 1 padokunda “Macarena qanadı” ləqəbi ilə tanınan sistem kifayət qədər fərqli mühəndislik yanaşmasına əsaslanır. Konsept arxa qanadın üst hissəsinin düzlüklərdə öz oxu ətrafında dönərək tərs vəziyyətə keçməsinə imkan verir. Bunun nəticəsində avtomobilin arxasında yaranan hava müqaviməti minimuma endirilir və maksimal sürət əhəmiyyətli dərəcədə artır.

Ferrari və Red Bull-un mövsümün böyük hissəsində bu konsepsiyadan faydalanması, indi isə McLaren-in də eyni istiqamətdə addım atması yeniliyin nə qədər effektiv olduğunu göstərir.

Bu radikal arxa qanad McLaren-in Avstriyaya gətirdiyi genişmiqyaslı yeniləmə paketinin yalnız bir hissəsidir. Həftəsonu təkcə McLaren üçün deyil, ön qrupdakı bütün komandalar üçün vacib sınaq olacaq.

Ev sahibi Red Bull mövsümün ikinci böyük yeniləmə paketini Şpilberqdə təqdim etməyə hazırlaşdığı halda, Ferrari-nin də düzlük sürətini artırmaq məqsədilə daxiliyanma mühərriyində mühüm təkmilləşdirmələr etməsi gözlənilir.

Beləliklə, Avstriya Qran Prisi təkcə tras üzərində deyil, texniki cəbhədə də mövsümün ən vacib qarşıdurmalarından birinə səhnə olacaq.

Bunları da oxuyun

Şərh əlavə et