Kpkpit.az xatırladır ki, Alpine komandası Monako yarışında pit-leyndə sürət həddini aşdığına görə Pyer Qasliyə verilən iki cərimənin ləğvinə nail olduqdan sonra Mercedes qərara yenidən baxılması hüququndan istifadə edib və FIA-ya müvafiq müraciət ünvanlayıb.
FIA Mercedes-in müraciətinə şənbə səhəri videokonfrans vasitəsilə baxmalı idi. Dinləmələrdə Mercedes nümayəndələri qərar qəbul edilən anda stüardların əlində olmayan yeni, əhəmiyyətli və vacib məlumatlar təqdim etməli idilər. Əgər onlar bunu təqdim etsəydilər, Mercedes-in müraciətinə mahiyyəti üzrə baxılmasına başlanacaqdı.
Lakin cümə axşamı axşam Mercedes müraciətini geri götürüb, FIA isə işin bağlandığını təsdiqləyib.
FIA-nın qısa bəyanatında deyilir: “Mercedes komandası tərəfindən məlumat verilib ki, onlar 2026-cı il Monako Qran Prisinin stüardlarının 63 nömrəli maşına münasibətdə Formula 1 İdman Reqlamentinin B1.6.3a maddəsinin pozulması ilə bağlı qərarlarına yenidən baxılması üzrə müraciəti geri götürürlər”.
Bununla belə, Mercedes-in müraciətini geri götürməsi Monako Qran Prisinin nəticələrinin yekun təsdiqi və Pyer Qaslinin üçüncü yerinin saxlanması demək deyil. Çünki McLaren və Red Bull Racing məsələni FIA-nın Beynəlxalq Apellyasiya Məhkəməsinə qədər aparmaq niyyətindədir.




Şərh əlavə et