Xəbəri Kokpitdə Oxuyun!

MotoGP İtaliya: Fernandes ilk qələbəsini qazanıb

MotoGP üzrə İtaliya Qran-prisinin sprint yarışının qalibi Raul Fernandes olub.

Yarışın startında Mark Markes dördüncü yerdən əla start alaraq ilk döngəyə lider daxil olub. Sprint yarışına poul mövqeyindən başlayan Marko Bezzekki isə bir neçə pillə geriləyib.

Lakin Markes üstünlüyünü qoruya bilməyib və Fernandes 3-cü döngədə etdiyi hücumla liderliyi ələ keçirib. Ön sıralardan start alan Xorxe Martin də bu fürsətdən istifadə edərək Ducati sürücüsünü geridə qoyub. Markes ilk dövrənin sonunda Dioqo Moreyra və Fabio Di Cianantonionun da arxasına düşüb.

Yarışın sonlarına yaxın Martin yenidən liderə yaxınlaşaraq fərqi azaltmağı bacarıb. Lakin Fernandesin xüsusilə ikinci sektorda nümayiş etdirdiyi yüksək temp ona liderliyini qorumağa imkan verib.

Beləliklə, ispaniyalı sürücü karyerasının ilk sprint yarış qələbəsini qazanıb.

Martin damalı bayrağı Fernandesdən 1.2 saniyə geri qalaraq ikinci yerdə keçib. Fabio Di Cianantonio isə mövsümün ən uğursuz sıralanma nəticəsindən sonra güclü geridönüş edərək Ducati-ni podiuma daşımağı bacarıb. Bezzekki də uğursuz ilk dövrədən sonra toparlanaraq dördüncü yerə yüksəlib.

Mark Markes yarışı beşinci sırada başa vurub və Fermin Aldeqeri geridə saxlayıb.

MotoGP üzrə ikiqat dünya çempionu Françesko Banyaya uğursuz start səbəbindən ilk onluqdan kənara düşsə də, son dövrədə Pedro Akostanı keçərək yeddinci pilləyə yüksəlib. Trackhouse komandasının sürücüsü Ai Oqura isə son dövrədə Akostanı geridə qoyaraq səkkizinci olub.

MotoGP Sprint yarışının nəticələri

Sıra Sürücü Komanda Dövrə Vaxt/Fərq Xal
1 R. Fernandez Trackhouse Racing Team 11 19:28.408 12
2 J. Martin Aprilia Racing Team 11 +1.289 9
3 F. Di Giannantonio Team VR46 11 +3.287 7
4 M. Bezzecchi Aprilia Racing Team 11 +4.481 6
5 M. Marquez Ducati Team 11 +9.055 5
6 F. Aldeguer Gresini Racing 11 +9.758 4
7 F. Bagnaia Ducati Team 11 +10.983 3
8 A. Ogura Trackhouse Racing Team 11 +11.411 2
9 P. Acosta Red Bull KTM Factory Racing 11 +11.809 1
10 D. Moreira Team LCR 11 +12.932 —
11 B. Binder Red Bull KTM Factory Racing 11 +16.690 —
12 A. Rins Yamaha Factory Racing 11 +17.043 —
13 L. Marini Repsol Honda Team 11 +18.407 —
14 F. Quartararo Yamaha Factory Racing 11 +20.619 —
15 M. Viñales Tech 3 11 +20.669 —
16 J. Miller Pramac Racing 11 +22.907 —
17 T. Razgatlıoğlu Pramac Racing 11 +25.423 —
18 M. Pirro Gresini Racing 11 +27.085 —
19 C. Crutchlow Team LCR 11 +39.671 —
DNF J. Mir Repsol Honda Team 6 +5 dövrə —
DNF E. Bastianini Tech 3 4 +7 dövrə —
DNF F. Morbidelli Team VR46 4 +7 dövrə —

Rauf Hacıyev

Şərh əlavə et