Xəbəri Kokpitdə Oxuyun!

MotoGP: Bezzekki vətənində poul qazanıb

İtaliya Qran-prisinin sıralanma turunda ən sürətli nəticəni göstərən sürücü Marko Bezzekki olub.

Start verildikdən sonra sürücülər trasa çıxıblar və Q1 sessiyası başlayıb.

Q1

15 dəqiqəlik Q1 sessiyasının ilk dəqiqələrində Raul Fernandes 1:44.834 nəticə ilə liderliyə yüksəlib. Ai Oqura isə cüzi fərqlə onun arxasında qərarlaşıb.

Sessiyanın gedişində Pedro Akosta 1:44.765 nəticə ilə ilk pilləni ələ keçirib. Xoan Mir isə sürətli dövrəsindən sonra dördüncü yerə yüksəlib.

Q1-in başa çatmasına təxminən yeddi dəqiqə qalmış bütün sürücülər boksa qayıdaraq sazlanma işləri aparıblar.

Son beş dəqiqədə yenidən trasa çıxan pilotlar bir neçə hazırlıq dövrəsindən sonra sürətli cəhdlərə başlayıblar.

Fernandes 1:44.538 nəticə ilə yenidən zirvəyə yüksəlib. Akosta 1:44.879 nəticə göstərərək vaxtını yaxşılaşdıra bilməyib, Oqura isə 1:44.875 ilə üçüncü sıraya qalxıb. Ardınca daha bir sürətli dövrə vuran yaponiyalı sürücü 1:44.852 nəticə göstərsə də, mövqeyini dəyişə bilməyib.

Damalı bayraqdan sonra dövrəsini tamamlayan Xoan Mir 1:45.513 nəticə ilə beşinci yeri tutub.

Maverik Vinyales isə son anda 1:45.923 nəticə ilə doqquzuncu sırada qərarlaşıb.

Q1 başa çatdıqdan sonra Toprak Razqatlıoğlu son döngədə motosikletinin ön hissəsində nəzarəti itirərək qəzaya uğrayıb və çınqıl zonasına çıxıb. Motosikletin davranışına təəccüblə reaksiya verən Toprak daha sonra boksa qayıdıb.

Q2

Pit yolunun açılmasından sonra sürücülər yenidən trasa çıxıblar və Q2 sessiyası başlayıb.

Təxminən dörd dəqiqə sonra ilk sürətli dövrələr qeydə alınıb. Xorxe Martin 1:44.284 nəticə ilə liderliyə yüksəlib. Raul Fernandes ikinci, Marko Bezzekki isə üçüncü olub.

Yüksək tempdə keçən dövrələrdən sonra sessiyanın yeddinci dəqiqəsində sürücülər yenidən boksa qayıdıblar. Qısa fasilədən sonra trasa dönən pilotlardan ilk sürətli dövrəni tamamlayan Françesko Banyaya olub.

Banyaya 1:44.482 nəticə ilə dördüncü pilləyə yüksəlib. Bezzekki isə 1:43.921 nəticə göstərərək Mark Markesin ötən mövsüm vurduğu 1:44.169-luq rekord dövrəni yeniləyib və liderliyə yüksəlib.

Fermin Aldequer 1:44.313 nəticə ilə ən sürətli Ducati sürücüsü kimi dördüncü yerə qalxıb. Mark Markes isə 1:44.294 nəticə ilə Aldeqeri qabaqlayaraq dördüncü pilləyə yüksəlib.

Sessiyanın son anlarında Xorxe Martin 1:44.937 nəticə ilə üçüncü sırada qərarlaşıb. Fabio Di Cianantonio isə 1:44.498 nəticə ilə yeddinci yerlə kifayətlənib.

MotoGP – Sessiyanın nəticələri

Sıra Sürücü Komanda Vaxt Fərq
1 M. Bezzecchi Aprilia Racing Team 1:43.921
2 R. Fernandez Trackhouse Racing Team 1:44.145 +0.224
3 J. Martin Aprilia Racing Team 1:44.284 +0.363
4 M. Marquez Ducati Team 1:44.294 +0.373
5 F. Aldeguer Gresini Racing 1:44.313 +0.392
6 F. Bagnaia Ducati Team 1:44.482 +0.561
7 F. Di Giannantonio Team VR46 1:44.498 +0.577
8 D. Moreira Team LCR 1:44.634 +0.713
9 F. Morbidelli Team VR46 1:44.655 +0.734
10 P. Acosta Red Bull KTM Factory Racing 1:44.710 +0.789
11 A. Ogura Trackhouse Racing Team 1:44.852 +0.931
12 E. Bastianini Tech 3 1:44.863 +0.942
13 B. Binder Red Bull KTM Factory Racing 1:44.908 +0.987
14 A. Rins Yamaha Factory Racing 1:45.049 +1.128
15 J. Mir Repsol Honda Team 1:45.274 +1.353
16 L. Marini Repsol Honda Team 1:45.279 +1.358
17 J. Miller Pramac Racing 1:45.288 +1.367
18 F. Quartararo Yamaha Factory Racing 1:45.498 +1.577
19 M. Viñales Tech 3 1:45.873 +1.952
20 T. Razgatlıoğlu Pramac Racing 1:46.137 +2.216
21 M. Pirro Gresini Racing 1:46.161 +2.240
22 C. Crutchlow Team LCR 1:47.092 +3.171

Rauf Hacıyev

Şərh əlavə et