Xəbəri Kokpitdə Oxuyun!

MotoGP: Canantonio vətənində qarşısıalınmazdır

MotoGP üzrəİtaliya Qran-prisinin ikinci sərbəst yürüş sessiyasını lider tamamlayan sürücü Fabio Di Cianantonio olub. 

Mucelloda yaşıl bayraqların dalğalanması ilə 30 dəqiqəlik son məşq sessiyası başlayıb.

İlk cəhdlərdən sonra Françesko Banyaya 1:45.911 nəticə ilə liderliyə yüksəlib. Lakin bir neçə dəqiqə sonra Fabio Di Cianantonio təxminən 0.3 saniyə daha sürətli dövrə vuraraq ilk pilləni ələ keçirib.

Mikele Pirro Biondetti şikanının ilk hissəsində, 13-cü döngədə qəzaya uğrayaraq sarı bayraqların çıxmasına səbəb olub. Bir neçə dəqiqə sonra isə Di Cianantonio ilk sektorda motosikletində yaranan texniki problemə görə boksa qayıtmalı olub.

Bu iki hadisə istisna olmaqla, sessiya ümumilikdə sakit keçib.

Fabio Di Cianantonionun nəticəsini heç bir sürücü yaxşılaşdıra bilməyib və o, sessiyanı lider başa vurub. Pedro Akosta ikinci, Françesko Banyaya isə üçüncü olub.

Fermin Aldeqer dördüncü, Ai Oqura isə beşinci yeri tutub. Onları Marko Bezzekki və Franko Morbidelli izləyiblər.

Rauf Hacıyev

Şərh əlavə et