Komandanın rəhbəri Mayk Krak öz növbəsində Monakoda bildirib ki, Alonsonun üç ildən sonra komandada yarışmağa davam etməsinə mane ola biləcək heç bir səbəb görmür.
Xatırladaq ki, ispan sürücü komandada bu ildən yarışır və burada debütü olduqca uğurlu alınıb. Belə ki, Alonso ilk beş yarışdan dördündə podiuma yüksələ bilib. Lakin Aston Martin-in sahibinin oğlu, onun komanda yoldaşı nisbətən geridə qalır – mövsümdə ən yaxşı halda dördüncü ola bilib. Fernando hazırda 75 xalla çempionatda üçüncü yerdədir, səkkizinci Strollun isə 27 xalı var.
Bundan əlavə, Krak komandanın Honda-nın xeyrinə Mercedes-lə əməkdaşlıqdan imtina etmək qərarına gəlməsinin səbəbini izah edib.
Mayk Krak: “2026-cı ildə təkcə güc qurğuları üçün olan reqlament deyil, həm də şassilər dəyişəcək. İşçi qrupları ötən ilin fevralından reqlament üzərində işləyirlər və bu, qaydaların bir-biri ilə nə qədər sıx bağlı olacağını göstərir. Nəticədə komandalar sürətli maşın hazırlamaq üçün güc qurğusu və şassinin maksimum inteqrasiyasına ehtiyac duyacaqlar.
Komanda ilə güc qurğusunun təchizatçısı arasında faktiki zavod əməkdaşlıq müqaviləsi bağlandıqda, tərəflər arasında münasibətlər daha açıq olur. Bu, quraşdırmanın xüsusiyyətləri haqqında daha erkən məlumat əldə etməyə, müvafiq olaraq aerodinamik konfiqurasiyanı tənzimləməyə və düzgün vəzifələri təyin etməyə imkan verəcəkdir. Elektrik stansiyasının təchizatçısı ilə belə sıx əməkdaşlıq yeni reqlament qarşısında böyük üstünlük verəcək”.
Şərh əlavə et