Lyuis Həmilton isə Arsenal klubunun azarkeşi olduğunu heç vaxt gizlətməyib. Buna görə də yeddiqat dünya çempionu sevimli komandasının uğurunu sosial şəbəkədə şərh edib.
Həmilton cəmi dörd hərf yazıb, amma London klubunun azarkeşləri mesajı dərhal anlayıblar: “COYG”. Bu abreviatura “Come On You Gunners” (“İrəli, Topçular”) ifadəsinin qısaldılmış formasıdır. Bu, Arsenal azarkeşlərinin stadionlarda komandalarını ruhlandırmaq üçün tez-tez istifadə etdikləri şüardır.
Arsenal-ı gələn həftə daha bir vacib qarşılaşma gözləyir. London təmsilçisi mayın 30-da Budapeştdə keçiriləcək Çempionlar Liqasının finalında Parisin Paris Saint-Germain F.C. komandası ilə qarşılaşacaq.




Şərh əlavə et