Oyun Formula 1 mövsümünə uyğunlaşdırılıb. İştirakçılar küçələr almaq əvəzinə təqvimdəki Qran Pri mərhələləri arasında hərəkət edəcək, xal toplayacaq və “Monopoly Qran Prisi”ndə qələbə uğrunda yarışacaqlar. GO xanasından keçərkən oyunçular komanda seçəcək və oyun lövhəsinin mərkəzində yerləşən tras boyunca dəbilqə formasındakı fişkalarla mübarizəni davam etdirəcəklər.
Emili Preyzer: “Monopoly dünyanın ən məşhur və sevilən stolüstü oyunlarından biridir və Formula 1-dən ilhamlanan versiyanı təqdim etməkdən məmnunuq. Bu buraxılış çempionatın həyəcanını və rəqabət ruhunu anlaşıqlı və maraqlı formatda əks etdirir.
Biz əminik ki, hər yaşdan olan azarkeşlər dostları və ailələri ilə birlikdə “Monopoly Qran Prisi”ndə yarışmaqdan zövq alacaqlar”.

Şərh əlavə et