Çoxillik müqaviləyə əsasən, Formula 1 həftəsonlarında — xüsusilə Monako, Silverstoun və digər əsas Avropa traslarında Global brendinin loqotipləri komandanın radioəlaqə üçün istifadə etdiyi qulaqlıqlarda yer alacaq. Bəzi yarış həftəsonlarında isə Global Player brendi həm komanda əməkdaşlarının, həm də pilotların qulaqlıqlarında görünəcək.
McLaren Racing-in kommersiya direktoru Mett Dennington əməkdaşlıq barədə belə danışıb: “Global azarkeşlərlə daha sıx əlaqə qurmaq istəyimizi bölüşür. Onların əfsanəvi traslarda iştirakı mövsüm ərzində auditoriya ilə qarşılıqlı əlaqəmizə real dəyər qatacaq. Seçilmiş yarışlarda Global komandası ilə sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik”.




Şərh əlavə et