MotoGP Kataloniya: Aleks Markes sprintin qalibidir

MotoGP Kataloniya: Aleks Markes sprintin qalibidir
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

MotoGP üzrə Kataloniya Qran Prisində sprint yarışının qalibi Aleks Markes olub.

Kataloniyada sprint həyəcanı beş qırmızı işığın sönməsi ilə başlayıb. Pouldan start alan Pedro Akosta ilk döngəyə lider daxil olmağı bacarıb. Toprak Razqatlıoğlu startda yerini qoruyarkən, Bred Binder və Xoan Mir qəzaya uğrayıblar.

Yohann Zarko Aleks Markesi keçərək ikinci pilləyə yüksəlib, lakin dövrə başa çatmadan Markes yerini geri alıb.

3-cü dövrədə Aleks Markes liderlik uğrunda Pedro Akostaya hücum edib. İlk cəhdində uğur qazana bilməsə də, ikinci cəhdində keçidi tamamlamağı bacarıb.

Xorxe Martinin kabus kimi keçən həftəsonu davam edib və ispaniyalı pilot yenidən qəzaya uğrayıb. Raul Fernandes də Pedro Akostanı keçərək ikinci pilləyə yüksəlib. Maverik Vinyales isə boksa dönərək yarışı dayandırıb.

Bitimə 4 dövrə qalmış Pedro Akosta ikinciliyi Raul Fernandesdən geri alıb. Bir dövrə sonra Fabio Di Cianantonio Raul Fernandesi keçərək üçüncü yerə yüksəlib.

12 dövrənin ardından son bir neçə döngədə Aleks Markeslə Pedro Akosta arasında gərgin qələbə mübarizəsi yaşanıb. Mübarizənin sonunda Aleks Markes Kataloniyada sprint yarışının qalibi olub. Pedro Akosta ikinci yeri tutarkən, Fabio Di Cianantonio podiumun son pilləsinə yüksəlib.

Dördüncü və beşinci yerlər Raul Fernandes və Yohann Zarkoya qismət olub. Françesko Banyaya isə yarışı altıncı sırada başa vurub.

Bunları da oxuyun

Şərh əlavə et