MotoGP Kataloniya: Akosta publikası önündə pouldadır

MotoGP Kataloniya: Akosta publikası önündə pouldadır
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

MotoGP üzrə Kataloniya Qran Prisində sıralanma turunun qalibi Pedro Akosta olub.

Q1

Kataloniyada pit yolunun açılması ilə 15 dəqiqəlik Q1 sessiyası başlayıb.

İlk sürətli dövrələrdən sonra liderliyə yüksələn pilot 1:38.797 nəticə ilə Enea Bastyanini olub.

Toprak Razqatlıoğlu ön təkərində bloklanma yaşayaraq qısa müddətlik tras xaricinə çıxıb. Lakin o yenidən cəhdinə davam edib, lakin sərt qəza edərək, sessiyanı vaxtından əvvəl başa vurub.

Bu vaxt Xorxe Martin 1:38.701 nəticə ilə ilk pilləyə yüksəlib. Lakin ispaniyalı pilot da qısa müddət sonra qəzaya uğrayıb. Franko Morbidelli 0.2 saniyə daha sürətli dövrə ilə zirvəyə yüksəlsə də, sarı bayraqlar altında vurduğu üçün həmin dövrəsi ləğv olunub. Fermin Aldeqer də qəza edən pilotlardan biri olub.

Franko Morbidelli növbəti cəhdində 1:38.550 nəticə göstərərək ilk pilləni tutub. Xorxe Martin isə ikinci olaraq Q2-yə yüksələn digər pilot olub.

Q2

Q2 sessiyası üçün yaşıl işıqların yanması ilə pilotlar trasa çıxmağa başlayıblar. İlk sürətli dövrə Pedro Akostadan gəlib və ispaniyalı 1:38.118 nəticə ilə liderliyə yüksəlib.

İlk cəhdlərindən sonra boksa qayıdan pilotlar qısa fasilənin ardından yenidən trasa dönüblər. Marko Bezzekki 2-ci döngədə qəza edib.

15 dəqiqəlik Q2 sessiyasının sonunda Pedro Akosta nəticəsini 1:38.068-ə qədər yaxşılaşdırıb və onun vaxtını keçən olmayıb.

Franko Morbidelli liderdən 0.233 saniyə geri qalaraq ikinci olub. Aleks Markes üçüncü, Raul Fernandes isə dördüncü yeri tutub. Onları Yohann Zarko izləyib.

Fabio Di Cianantonio və Fabio Kuartararo isə sırasıyla altıncı və yeddinci yerlərdə qərarlaşıblar.

Bunları da oxuyun

Şərh əlavə et