MotoGP Kataloniya: Mir azarkeşləri ümidləndirib

MotoGP Kataloniya: Mir azarkeşləri ümidləndirib
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

MotoGP üzrə Kataloniya Qran Prisində 2-ci sərbəst yürüşün ən sürətlisi Xoan Mir olub.

Həftəsonunun ikinci sərbəst yürüş sessiyasına start verilməsi ilə pilotlar trasda yer alıblar və 30 dəqiqəlik gerisayım başlayıb.

Sessiyanın hələ əvvəlində Yohann Zarko güclü dövrə vurarkən son döngədə motosikletinə nəzarəti itirərək qəzaya uğrayıb. Qısa müddət sonra ayağa qalxan sürücünün səhhətində problem olmadığı açıqlanıb və Zarko boksa qayıdıb.

Xoan Mir 1:39.425 nəticə ilə sessiyanın əvvəlində tempi müəyyən edib. Pedro Akosta 1:39.643-lük dövrəsi ilə ikinci pilləyə yüksəlib, Aleks Markes isə üçüncü yeri tutub.

Sessiyanın ilk 10 dəqiqəsi geridə qalarkən Xorxe Martin güclü temp tutaraq üçüncü yerə yüksəlməyi bacarıb. Sessiyanın yarısında – 15-ci dəqiqədə bütün pilotlar boksa qayıdaraq sazlanmaları yaxşılaşdırmağa fokuslanıblar.

Son 10 dəqiqəyə yaxın trasa qayıdan ilk pilot Aleks Rins olub. Rins 1:41.551 nəticə ilə sonuncu pilləyə enib. Ardınca pilotların əksəriyyəti yenidən sürətli dövrələr vurmağa başlayıblar.

Xorxe Martinin sessiyaya yenidən qoşulmadan əvvəl pit yolunda start məşqi etməsi diqqət çəkib. Normalda icazə verilməyən bu vəziyyətlə bağlı araşdırma başladılması ehtimal olunur.

Son dəqiqələrə girilərkən sürətli dövrəsini tamamlayan Toprak 1:40.371 nəticə ilə 16-cı sıraya yüksəlib. Xoan Mir dövrə vaxtını yaxşılaşdırmaq üçün temp tutmağa çalışsa da istədiyi nəticəni əldə edə bilməyib.

Fabio Kuartararo 1:39.756 nəticə ilə tamamladığı dövrə sayəsində 4-cü pilləyə yüksəlib.

Son dəqiqəyə girilərkən Marko Bezzekki 1:39.989, Pedro Akosta isə 1:39.697 nəticə əldə edib. Fabio Di Cianantonio isə 1:39.652 nəticə ilə 3-cü pilləyə yüksəlməyi bacarıb.

Bunları da oxuyun

Şərh əlavə et