“Bu reqlamentə keçidlə mühərriklərdə çox şeyin dəyişəcəyi aydın idi, amma düzünü desəm, bunun təsnifat sessiyalarının xarakterinə bu qədər ciddi təsir edəcəyini gözləmirdim,” – deyə 83 yaşlı Formula 1 veteranı Motorsport-Magazin-ə müsahibəsində bildirib. “Təsnifat mərhələsi cəlbediciliyini itirib. Yarışlar Ferrari-nin startdakı üstünlüyü sayəsində pis keçmir, amma ötmələr artıq öyrəşdiyimiz kimi deyil.
Əvvəllər əsas məsələ mümkün qədər gec əyləcləmək, qazı daha tez açmaq və texnikanın limitində pilotajlıq etmək idi. İndi isə əsas məsələ enerji sərfiyyatına nəzarətdir, bunun üçün də artıq Formula E var.
Amma elektrik enerjisinin payını tədricən azaldıb daxili yanma mühərrikinin gücünü artırsaq, nəticədə az-çox normal mənzərə əldə etmək olar. Bu reqlament vaxtilə Porsche və Audi-ni çempionata cəlb etmək üçün hazırlanmışdı. Sonradan Cadillac da Formula 1 üçün öz güc qurğusunu hazırlamaq qərarı verdi. Amma indi daxili yanma mühərrikləri geri qayıdır və bu karbon emissiyası olmayan yanacağa keçidlə əsaslandırılır”.
Formula 1 artıq reqlamentin korrektəsinə doğru addımlar atıb. İlk dəyişikliklər Mayami Qran Prisindən əvvəl tətbiq olunub və müəyyən irəliləyiş əldə edilib, baxmayaraq ki, bu, çox böyük olmayıb. Bu istiqamətdə iş davam etdiriləcək, amma proses çətin olacaq və müxtəlif kompromislər tələb edəcək.
“Mən özüm Mini elektromobili sürürəm, amma etiraf etmək lazımdır ki, qışda bir batareya ilə qət edilən məsafə ciddi şəkildə azalır,” – deyə Marko əlavə edib. “Şəhər şəraitində belə elektromobilin bir sıra üstünlükləri var, xüsusilə də şəhərdə çoxlu enerji doldurma məntəqələri mövcuddur. Mən zamanla ayaqlaşmağa çalışıram, amma belə maşını kənd yerlərində sürməzdim”.




Şərh əlavə et