MotoGP Kataloniya: Akosta əsas məşqlərin lideridir

MotoGP Kataloniya: Akosta əsas məşqlərin lideridir
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

MotoGP üzrə Kataloniya Qran Prisinin əsas məşq sessiyasında ən sürətli dövrənin sahibi Pedro Akosta olub.

Startın verilməsi ilə bütün sürücülər trasa çıxıb və bir saatlıq əsas məşq sessiyası başlayıb. Sessiyanın ilk dəqiqələrində Marko Bezzekki vurduğu sürətli dövrə ilə 1:39.062 nəticə əldə edərək ilkin tempi müəyyənləşdirən sürücü olub. Aleks Markes də Bezzekkiyə yaxın dövrə vaxtları göstərib.

Sürücülər sürətli dövrələrini tamamladıqdan sonra motosikletlərindəki sazlamaları optimallaşdırmaq üçün boksa qayıdıblar. Sessiyanın ərzində sürətli dövrələr davam edib.

Fabio Di Cannantonio vurduğu sürətli dövrə ilə ilk üçlüyə yüksəlməyi bacarıb. Bu zaman Ai Oqura ikinci döngədə motosikletə nəzarəti itirərək sərt qəza keçirib və boksa qayıdıb.

Sessiyanın ortalarında Bred Binder gözlənilmədən güclü dövrə vuraraq, liderliyə yüksəlib. Sürətli dövrədən yaxşı nəticə alan Binder motosikletdəki sazlamaları yaxşılaşdırmaq üçün boksa geri dönüb.

Sessiyanın son on dəqiqəsinə yaxın Pedro Akosta 1:38.710 nəticə göstərərək Binderi geridə qoyub. Ardınca dövrəsini tamamlayan Di Cannantonio isə Akostadan cüzi fərqlə geri qalaraq ikinci sıraya yerləşib.

Sessiyanın son dəqiqələrində temp daha da artıb. Aleks Markes sürətli dövrəsi ilə Di Cannantonionun əlindən ikinciliyi almağı bacarıb. Raul Fernandez 1:38.982 nəticə ilə beşinci sıraya yüksəlib. Xoan Mir isə 1:38.846-lıq dövrəsi ilə dördüncü yeri tutub.

Joan Mirin ikinci döngədə etdiyi qəza qısa müddətlik sarı bayraqların çıxmasına səbəb olub. Dərhal ardından eyni döngədə Xorxe Martin də qəza edib və sarı bayraqlara görə bəzi sürücülər sürətli dövrələrini yarıda saxlamaq məcburiyyətində qalıblar. Qəzadan sonra əsəbiləşən Martinin görüntüləri ekrana yansıyıb və sürücü boksa qayıdıb.

Sessiyanın son dövrələrində yaşanan qəzalar səbəbindən sarı bayraqlar sürətli dövrələrə mane olarkən, Kuartararo son dövrəsində 1:38.979 nəticə göstərərək Q2-yə yüksəlməyi bacarıb.

Sessiyanın başa çatması ilə ən sürətli dövrənin sahibi 1:38.710 nəticə ilə Pedro Akosta olub.

Bunları da oxuyun

Şərh əlavə et