MotoGP Kataloniya: İlk məşqlərdə Aleks Markes birincidir

MotoGP Kataloniya: İlk məşqlərdə Aleks Markes birincidir
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

MotoGP üzrə Kataloniya Qran Prisinin ilk sərbəst yürüş sessiyasını Aleks Markes lider tamamlayıb. 

Həftəsonunun ilk sessiyasına start verilməsi ilə Kataloniyada 45 dəqiqəlik ilk məşq rəsmi olaraq başlayıb.

İlk beş dəqiqə geridə qalarkən Pedro Akosta 1:40.388 nəticə ilə zirvəyə yüksəlib. Xorxe Martin isə 1:40.299-luq dövrəsi ilə liderliyi Akostadan alıb.

Sessiya ümumilikdə sakit keçərkən, məşqin yarısı tamamlandığı anda Xorxe Martin 12-ci döngədə qəza edərək, 4-cü sektorda sarı bayraqların çıxmasına səbəb olub. Bundan dərhal sonra Pedro Akosta da qəza edib. Eyni döngədə Bred Binder də qəza yaşayan pilotlardan biri olub.

Sessiyanın bitməsinə iki dəqiqə qalmış Aleks Markes, Martinin sessiyanın əvvəlində vurduğu dövrədən 0.349 saniyə daha sürətli nəticə göstərərək 1:39.950  ilə ilk sıraya yüksəlib. Qəzadan sonra sessiyanı davam etdirə bilməyən Xorxe Martin ikinci olub, Fabio Di Cannantonio isə sessiyanı üçüncü sırada tamamlayıb. İlk beşlikdə yer alan digər pilotlar Pedro Akosta və Marko Bezzekki olublar.

Bunları da oxuyun

Şərh əlavə et