Williams komandasının rəhbəri Ceyms Vaults yay fasiləsindən sonra ciddi irəliləyiş gözlədiklərini bildirib.
Ceyms Vaulvs: “Mən bilirəm ki, yay fasiləsinə qədər və ondan bir müddət sonra davam edəcək işimiz bizə elə bir rahat vəziyyət təmin etməlidir ki, hər yarış həftəsonunda stabil şəkildə xal qazana bilək. Bundan sonra diqqətimizi 2027-ci ilin maşınına yönəldəcəyik.
Həmin vaxta qədər isə düşünürəm ki, biz hər yarış mütləq beşinci yer tutmasaq da, xal qazanaraq tədricən ideal yarış həftəsonuna yaxınlaşa bilərik. Hazırda Alpine komandası bizdən öndədir və biz onlardan bir geri qalırıq”.
Xatırladaq ki, Williams komandası 4 həftəsonundan sonra 5 xal toplayıb və çempionatda 8-ci yerdədir. İndiyə qədər bir yarışda ən yaxşı nəticə 9-culuq olub. Sonuncu Mayami Qran Prisində isə hər iki sürücü ilə xal zonasına düşə bilib.




Şərh əlavə et